Zakir Qaralovun əmisi qızı təqaüdə göndərildi
09 Noyabr 2026, 15:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
484
23.11.2021, 22:11
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Ağsu rayonu, Çaparlı kəndində vətəndaş Məmmədov Elşən Bəxtiyar oğluna məxsus "Bəxtiyar market" adlanan ərzaq məhsullarının pərakəndə satışı mağazasında plandankənar yoxlama keçirilib.
FHN-dən Mill.az-a verilən məlumata görə, yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanlar, xüsusilə də müvafiq razılaşma və icazəverici sənədlər olmadan obyektə bitişik əlavə tikilinin inşa olunduğu, daxilində hər birinin tutumu 10.8 ton olan 2 ədəd və 5,5 ton tutumu olan 1 ədəd çənin yerləşdirilərək kustar üsulla, heç bir yanğın təhlükəsizliyi qaydalarının tələblərinə əməl olunmadan benzin və dizel yanacağının satışının həyata keçirildiyi aşkar olunub.
Göstərilən nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratması səbəbindən çənlərdə saxlanılan asan alışan mayelər oradan kənarladırılmaqla, obyektdə işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılması barədə Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Qərar qəbul edilib, qeyd olunan asan alışan mayelərin qanunvericiliyin tələblərinə uyğun olaraq maddi dəlil kimi götürülməsi təmin edilib.
Həmçinin, qanunvericiliklə nəzərdə tutulmuş qaydada razılaşdırılmadan inşaat işlərini aparan və icazəsi olmadan yanğın təhlükəli şəraitdə asan alışan mayelərin satışını həyata keçirən ərzaq məhsullarının pərakəndə satışı mağazasının sahibi Məmmədov Elşən Bəxtiyar oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati iş açılıb.
15:49 / 09 Noyabr 2026
11
15:47 / 09 Noyabr 2026
31
15:45 / 09 Noyabr 2026
48
15:40 / 09 Noyabr 2026
62
15:34 / 09 Noyabr 2026
48
15:23 / 09 Noyabr 2026
67
15:13 / 09 Noyabr 2026
83
15:05 / 09 Noyabr 2026
351
15:00 / 09 Noyabr 2026
104
14:58 / 09 Noyabr 2026
81
14:55 / 09 Noyabr 2026
100
14:42 / 09 Noyabr 2026
90
14:37 / 09 Noyabr 2026
86
14:29 / 09 Noyabr 2026
367
14:22 / 09 Noyabr 2026
224
14:17 / 09 Noyabr 2026
104
14:06 / 09 Noyabr 2026
1151
14:04 / 09 Noyabr 2026
125
13:44 / 09 Noyabr 2026
886
13:21 / 09 Noyabr 2026
138
13:11 / 09 Noyabr 2026
370
12:57 / 09 Noyabr 2026
1932
12:55 / 09 Noyabr 2026
132
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.