...Bir daşı boynunda daşıyan adam...
09 Noyabr 2026, 20:12
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
443
13.11.2021, 15:50
"Erməni terrorçusunun postumuza atdığı qumbara Rusiya sülhməramlılarının nəzarət etdiyi bölgədən atılıb. Buna görə ona atəş açılması digər bu işdə günahı olmayan insanların da xəsarət alması ilə nəticələnə bilərdi. Hesab edirəm ki, məhz bu səbəbdən ona atəş açılmayb".
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev keçmiş erməni döyüşçünün Azərbaycan postuna qumbara atması və bunun arxasında bir qisas, yoxsa təxribat xarakterli cəhdlərin olmasından danışarkən deyib. Ədalət Verdiyevin sözlərinə görə, həmin erməni terrorçusunun məhkəsməsi Azərbaycanda həyata keçirilməlidir:
"Bu birmənalıdır. Həmin hadisə nəticəsində bizim artıq 3 nəfər xəsarət alıb. Buna görə də Azərbaycan ərazisindən Azərbaycan əsgərinə qarşı edilən hücumun təhqiqatı birmənalı olaraq Azərbaycan ərazisində aparılmalı və istintaq burada həyata keçirilməlidir".
Ədalət Verdiyev hesab edir ki, hüquq-mühafizə orqanları həmin şəxsin Azərbaycana verilməsi üçün əllərindən gələn bütün qanuni fəaliyyətlərini həyata keçirməlidir:
"İstəlinən halda bu bir təxribat deyil, hücum cəhdidir. Bunun görüntüləri də mövcuddur. Rusiya sülhməramlıları kontingentinin rəhbəriliyi və onların tabe olduğu Rusiya Müdafiə Nazirliyi də bu məsələyə təcili və real münasibət bildirməlidir. Ağlabat və real hadisələri özündə əks etdirən bir bəyanat gözləyirik".
Qeyd edək ki, erməni terrorçusu Daşaltı kəndi yaxınlığında Azərbaycan hərbçilərinin olduğu posta hücum edib. Erməni terrorçu 1975-ci il təvəllüdlü Norayr Mirzoyan və qeyriləri cinayətkar birlik halında Azərbaycan və Rusiya hərbçilərinin olduğu posta RQD-5 markalı əl qumbarası atıb. Hadisə nəticəsində 3 nəfər Azərbaycan vətəndaşının xəsarət aldığı bildirilib.
20:12 / 09 Noyabr 2026
30
20:11 / 09 Noyabr 2026
27
20:10 / 09 Noyabr 2026
44
20:06 / 09 Noyabr 2026
35
19:53 / 09 Noyabr 2026
59
19:52 / 09 Noyabr 2026
104
19:44 / 09 Noyabr 2026
93
19:44 / 09 Noyabr 2026
85
19:27 / 09 Noyabr 2026
74
19:25 / 09 Noyabr 2026
143
19:19 / 09 Noyabr 2026
108
19:15 / 09 Noyabr 2026
141
19:12 / 09 Noyabr 2026
255
19:11 / 09 Noyabr 2026
143
19:01 / 09 Noyabr 2026
83
18:57 / 09 Noyabr 2026
206
18:46 / 09 Noyabr 2026
106
18:41 / 09 Noyabr 2026
177
18:38 / 09 Noyabr 2026
178
18:31 / 09 Noyabr 2026
148
18:25 / 09 Noyabr 2026
1357
18:23 / 09 Noyabr 2026
125
18:14 / 09 Noyabr 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.