Qaynar xətt:

(+99450) 247 90 86

Erməni terrorçu postumuza qumbara atdı: Xankəndi-Laçın yolu bağlandı

Erməni terrorçu postumuza qumbara atdı: Xankəndi-Laçın yolu bağlandı

CƏMİYYƏT

1187

13.11.2021, 10:03

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xankəndi-Laçın avtomagistralı ermənilərin törətdiyi təxribat nəticəsində qapadılıb.

Milli.Az Ermənistan mediasına istinadən bildirir ki, bu gün səhər saatlarında Şuşanın yaxınlığında ermənilər daha bir insident törədiblər.

Noyabrın 8-də diversiya cəhdi zamanı həlak olmuş Martik Eremyanın qardaşı Azərbaycan hərbçilərinin blok-postuna taksidə yaxınlaşıb və ora əl qumbarası atıb.

Bu hadisədən sonra Xankəndi-Laçın yolunu bağlanıb.

Hazırda əraziyə heç kim buraxılmır.

Olayın təfərrüatları hələlik bəlli deyil.