...Bir daşı boynunda daşıyan adam...
09 Noyabr 2026, 20:12
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
567
12.11.2021, 22:15
Müasir insanların əksəriyyəti düzgün qidalanmır, azhərəkətli həyat sürür, lazımi miqdarda təmiz su içmir ki, bunun nəticəsində onların bir çoxu müxtəlif bağırsaq problemlərindən əziyyət çəkir - köp, həzm və sovrulma proseslərinin pozulmaları, qəbizlik, bağırsaqlarda müxtəlif ziyanlı maddələrin, nəcis daşlarının yığılması və s.
Bağırsaqların normal fəaliyyəti, onların vaxtında boşalması insan sağlamlığına böyük təsir edir. Bağırsaqlar vaxtında boşalmadıqda, orada ziyanlı maddələr yığıldıqda, bu orqanizmin xroniki intoksikasiyasına (zəhərlənmə) səbəb olur - bağırsaqlarda yığılmış ziyanlı maddələr yenidən qana sorulur. Xroniki intoksikasiya orqanizmin müxtəlif orqan və sistemlərinə (böyrəklər, qara ciyər, ürək, dəri və s. ) mənfi təsir edir. Xroniki qəbizlik yoğun bağırsağı xərçənginin risk faktorlarından biri sayılır. Bu səbəbdən xroniki qəbizliklə mübarizə aparmaq, bağırsaqları daim təmizləmək lazımdır.
Bu məqsədlə xurmadan istifadə edə bilərsiniz. Xurma qidalı liflərlə olduqca zəngindir. Bu liflər bağırsaqlara süpürgə kimi təsir edir - orada yığılmış ziyanlı maddələri süpürüb aparır. Həmçinin xurma qəbizliyi aradan qaldırır.
Sizə xurma ilə bağırsaqların təmizlənməsi üsulunu təqdim edirik.
Hər səhər acqarına 1 stəkan ilıq su için, yarım saatdan sonra 2 dənə orta ölçüdə olan xurma yeyin. Bu sizin səhər yeməyinizdir. Gün ərzində adi qaydada qidalanın və qida qəbulları arasında 1-2 dənə xurma yeyin. Təbii ki, qidalanmanız sağlam olmalıdır. Həmçinin gün ərzində siz 2 l təmiz su içməlisiniz (buna sağlamlığınızla bağlı əks-göstərişlər yoxdursa).
Bu qayda ilə 10 gün ərzində qidalanmalısınız. Bu bağırsaqların yaxşı təmizlənməsinə, bədən çəkisinin bir qədər azalmasına, üz dərisinin vəziyyətinin yaxşılaşmasına kömək edəcək.
20:25 / 09 Noyabr 2026
7
20:14 / 09 Noyabr 2026
43
20:12 / 09 Noyabr 2026
53
20:11 / 09 Noyabr 2026
49
20:10 / 09 Noyabr 2026
66
20:06 / 09 Noyabr 2026
47
19:53 / 09 Noyabr 2026
67
19:52 / 09 Noyabr 2026
115
19:44 / 09 Noyabr 2026
99
19:44 / 09 Noyabr 2026
93
19:27 / 09 Noyabr 2026
76
19:25 / 09 Noyabr 2026
150
19:19 / 09 Noyabr 2026
112
19:15 / 09 Noyabr 2026
145
19:12 / 09 Noyabr 2026
263
19:11 / 09 Noyabr 2026
145
19:01 / 09 Noyabr 2026
84
18:57 / 09 Noyabr 2026
207
18:46 / 09 Noyabr 2026
107
18:41 / 09 Noyabr 2026
179
18:38 / 09 Noyabr 2026
182
18:31 / 09 Noyabr 2026
150
18:25 / 09 Noyabr 2026
1385
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.