7 yaşlı Nihat ağır xəstədir - Ana xeyirxah insanlardan yardım gözləyir
10 Noyabr 2026, 10:32
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
375
26.10.2021, 23:36
İmmun sistemi orqanizmi daxili və xarici "düşmənlərdən" - mikroblar (viruslar, bakteriyalar, göbələklər), yad hüceyrələr və orqanlardan (qanköçürmə və orqan köçürülməsi zamanı), özünün dəyişilmiş hüceyrələrindən (onkoloji xəstəliklərdə) qoruyur. Bütün bunlar sağlam immun sistemi tərəfindən yerinə yetirilir.
Müxtəlif zərərli faktorların (müxtəlif xəstəliklər, natamam qidalanma, radiasiya və digər zərərli ekoloji faktorlar, xroniki stres halları) təsiri altında zədələnmiş immun sistemi öz funksiyasını tam şəkildə yerinə yetirə bilmir. 3-5 yaşına qədər olan uşaqlarda immun sistemi öz vəzifəsini tam şəkildə yerinə yetirə bilmir, sonra isə sanki "özünu bərpa edir". Ancaq bəzi uşaqlarda "özünü bərpa etmə" 5 yaşından sonra da baş vermir. Onlar yenə də tez-tez və uzun muddət soyuqdəymə ilə, virus infeksiyaları ilə, irincikli xəstəliklərlə xəstələnirlər. Bu xəstəlikləri keçirərkən onların immun sistemi daha da zəifləmiş olur.
İmmuniteti aşağı olan uşaqlarda ilk növbədə KRVİ, qrip xəstəlikləri yüksək hərarətlə müşayiət edilir, onlarda xroniki angina, tez-tez təkrarlanan bronxitlər, hətta pnevmoniyalara da rast gəlinir. Bundan başqa, belə uşaqlarda ishal, səbəbsiz köp və qarın ağrıları da xarakterik hesab olunur. Bəzi uşaqlarda sidik sistemi xəstəlikləri də təsadüf edilə bilər.
İmmuniteti aşağı olan uşaqlarda hər kiçik yara irinləyərək sağalması uzun müddət çəkərək dəridə çapıq əmələ gəlməsi ilə başa çatır. Onlarda tez-tez dodaq ətrafında, ağızda herpetik səpgilər əmələ gəlir, həmçinin müalicəyə pis tabe olan göbələk xəstəlikləri də olur (müalicədən bir qədər sonra təkrarən yenə də əmələ gəlirlər). Bundan başqa, immuniteti aşağı olan uşaqlarda bir çox limfatik (çənəaltı, ön və arxa boyun, körpücüküstü və altı, qoltuqaltı, qasıq) düyünlərinin böyüməsi də müşahidə edilir. Bəzi uşaqlarda dalaq da böyümüş ola bilər. Bundan başqa, belə uşaqlarda adenoid və badamcıqların böyüməsi də müşahidə edilir. Ancaq onu da qeyd etmək vacibdir ki, böyumüş limfa düyünləri yumşaq, toxumalarla və dəri ilə birləşməmiş, ağrısız olurlar. Bu da öz-özlüyündə xəstəlik hesab edilmir.
"Pis" immun sistemi bir çox zərərli faktorlara (toz, bitki tozları, qida maddələri, kimyəvi maddələr və s.) daha aktiv şəkildə reaksiya verə bilər ki, bunun nəticəsində allergiya adlanan xəstəlik əmələ gələ bilər. Uşaqlarda allergiyanın əmələ gəlməsinin əsas səbəbi də immunitetin aşağı olması hesab olunur
İmmun sistemi orqanizmi daxili və xarici "düşmənlərdən" - mikroblar (viruslar, bakteriyalar, göbələklər), yad hüceyrələr və orqanlardan (qanköçürmə və orqan köçürülməsi zamanı), özünün dəyişilmiş hüceyrələrindən (onkoloji xəstəliklərdə) qoruyur. Bütün bunlar sağlam immun sistemi tərəfindən yerinə yetirilir.
Müxtəlif zərərli faktorların (müxtəlif xəstəliklər, natamam qidalanma, radiasiya və digər zərərli ekoloji faktorlar, xroniki stres halları) təsiri altında zədələnmiş immun sistemi öz funksiyasını tam şəkildə yerinə yetirə bilmir. 3-5 yaşına qədər olan uşaqlarda immun sistemi öz vəzifəsini tam şəkildə yerinə yetirə bilmir, sonra isə sanki "özünu bərpa edir". Ancaq bəzi uşaqlarda "özünü bərpa etmə" 5 yaşından sonra da baş vermir. Onlar yenə də tez-tez və uzun muddət soyuqdəymə ilə, virus infeksiyaları ilə, irincikli xəstəliklərlə xəstələnirlər. Bu xəstəlikləri keçirərkən onların immun sistemi daha da zəifləmiş olur.
İmmuniteti aşağı olan uşaqlarda ilk növbədə KRVİ, qrip xəstəlikləri yüksək hərarətlə müşayiət edilir, onlarda xroniki angina, tez-tez təkrarlanan bronxitlər, hətta pnevmoniyalara da rast gəlinir. Bundan başqa, belə uşaqlarda ishal, səbəbsiz köp və qarın ağrıları da xarakterik hesab olunur. Bəzi uşaqlarda sidik sistemi xəstəlikləri də təsadüf edilə bilər.
İmmuniteti aşağı olan uşaqlarda hər kiçik yara irinləyərək sağalması uzun müddət çəkərək dəridə çapıq əmələ gəlməsi ilə başa çatır. Onlarda tez-tez dodaq ətrafında, ağızda herpetik səpgilər əmələ gəlir, həmçinin müalicəyə pis tabe olan göbələk xəstəlikləri də olur (müalicədən bir qədər sonra təkrarən yenə də əmələ gəlirlər). Bundan başqa, immuniteti aşağı olan uşaqlarda bir çox limfatik (çənəaltı, ön və arxa boyun, körpücüküstü və altı, qoltuqaltı, qasıq) düyünlərinin böyüməsi də müşahidə edilir. Bəzi uşaqlarda dalaq da böyümüş ola bilər. Bundan başqa, belə uşaqlarda adenoid və badamcıqların böyüməsi də müşahidə edilir. Ancaq onu da qeyd etmək vacibdir ki, böyumüş limfa düyünləri yumşaq, toxumalarla və dəri ilə birləşməmiş, ağrısız olurlar. Bu da öz-özlüyündə xəstəlik hesab edilmir.
"Pis" immun sistemi bir çox zərərli faktorlara (toz, bitki tozları, qida maddələri, kimyəvi maddələr və s.) daha aktiv şəkildə reaksiya verə bilər ki, bunun nəticəsində allergiya adlanan xəstəlik əmələ gələ bilər. Uşaqlarda allergiyanın əmələ gəlməsinin əsas səbəbi də immunitetin aşağı olması hesab olunur.
10:32 / 10 Noyabr 2026
21
10:28 / 10 Noyabr 2026
37
10:21 / 10 Noyabr 2026
43
10:17 / 10 Noyabr 2026
54
10:15 / 10 Noyabr 2026
58
10:10 / 10 Noyabr 2026
51
09:50 / 10 Noyabr 2026
149
09:46 / 10 Noyabr 2026
87
09:35 / 10 Noyabr 2026
111
09:26 / 10 Noyabr 2026
150
09:19 / 10 Noyabr 2026
109
08:56 / 10 Noyabr 2026
201
08:46 / 10 Noyabr 2026
211
08:42 / 10 Noyabr 2026
1955
05:37 / 10 Noyabr 2026
159
05:27 / 10 Noyabr 2026
255
04:34 / 10 Noyabr 2026
159
04:12 / 10 Noyabr 2026
218
02:34 / 10 Noyabr 2026
182
02:02 / 10 Noyabr 2026
169
01:30 / 10 Noyabr 2026
437
01:19 / 10 Noyabr 2026
595
01:00 / 10 Noyabr 2026
261
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.