Qaynar xətt:

(+99450) 247 90 86

İşdən çıxarılan şöbə rəisi məhkəmədə QALİB GƏLDİ

İşdən çıxarılan şöbə rəisi məhkəmədə QALİB GƏLDİ

CƏMİYYƏT

4586

11.06.2021, 22:35

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol


Milli Hematologiya və Transfuziologiya Mərkəzinin şöbə rəisi vəzifəsindən azad edilən Aysel Erdoğanın məhkəmə iddiası təmin edilib.

Aprelin 14-də Mərkəzin əmri ilə Erdoğan Aysel Rami qızı ilə bağlanan müqaviləyə xitam verilib və o, Talassemiyanın profilaktikası şöbəsinin müdiri vəzifəsindən azad olunub.

A.Erdoğan bununla bağlı Nəsimi rayon məhkəməsinə müraciət edərək əmrin ləğv edilməsini və işə bərpa olunmasını tələb edib.

Hakim Rəşid Səmədovun çıxardığı qətnamə ilə şöbə rəisinin iddiası təmin edilib. Qərara görə, A.Erdoğan köhnə vəzifəsinə bərabər tutulan Talassemiyanın profilaktikası bölməsinin rəhbəri vəzifəsinə bərpa edilib.

Ona aprelin 14-dən bəri məcburi işburaxma müddəti üçün də əmək haqqı ödəniləcək.