Qaynar xətt:

(+99450) 247 90 86

Deputat gənc qızı xilas edənə telefon hədiyyə etdi - FOTO

Deputat gənc qızı xilas edənə telefon hədiyyə etdi - FOTO

CƏMİYYƏT

2662

10.06.2021, 19:50

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Bir neçə gün əvvəl Mingəçevirdə özünü Kür çayına atan 14 yaşlı qızı xilas edən cavan oğlan haqqında yazmışdım. O, qızı sudan çıxararkən mobil telefonunu suda itirmişdi. Mən ona yeni telefon alıb bağışlayacağıma söz vermişdim".

Oxu24.com xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə "Fcebook" hesabında yazıb.

Millət vəkili azyaşlı qızı xilas edən Elgün Əlicanovla Mingəçevirdə görüşüb və ona telefon hədiyyə edib.

Qeyd edək ki, Elgün Əlicanov Vətən müharibəsi iştirakçısıdır, Suqovuşan istiqamətində vuruşub.