Qaynar xətt:

(+99450) 247 90 86

Space TV-nin yeni rəhbəri istefa verdi

Space TV-nin yeni rəhbəri istefa verdi

CƏMİYYƏT

4343

10.05.2021, 19:31

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bir neçə gün əvvəl "Space" teleradio şirkətinə rəhbər təyin olunan Ülviyyə Mikayılova istefa verib.


Oxu24.com Nyus24.az-a istinadən xəbər verir ki, Ü.Mikayılova Space TV-nin kollektivinə təqdim olunduqdan beş gün sonra əməkdaşlara bu vəzifəni icra edə bilməyəcəyini deyib.


Ü.Mikayılovanın TV-yə rəhbərlik etməsindən imtinasına əsas səbəb oradakı çoxsaylı problemlərdir. Space TV-ni sırf maarifçilik kanalına çevirmək istəyinin mümkünsüz olması da istefa verməsinin səbəblərindən biri kimi göstərilir.


Ü.Mikayılova Space TV-yə rəhbər təyin olunana qədər ADA Universitetinin baş müəllimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəri olub.


Qeyd edək ki, 2006-2021-ci illərdə "Space"nin rəhbəri vəzifəsində çalışan Vaqif Mustafayev bu ilin əvvəlində işdən çıxarılıb. Daha sonra şirkətin rəhbəri vəzifəsinin müvəqqəti icrası televiziyanın baş prodüseri Kamil Şahverdiyevə tapşırılıb.