Qaynar xətt:

(+99450) 247 90 86

Ermənistana SƏRT XƏBƏRDARLIQ: Bu iddiadan əlçəkin, yoxsa...

Ermənistana SƏRT XƏBƏRDARLIQ: Bu iddiadan əlçəkin, yoxsa...

CƏMİYYƏT

3417

07.03.2021, 20:38

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sərhədlərin demarkasiyası davam edərkən, artıq Qazaxın Bərxudarlı kəndi boşaldılıb.

Digər kəndlər də rus sülhməramlıları və Azərbaycan ordusunun nəzarəti altında, sıra ilə təhvil veriləcək.

Oxu24.com xəbər verir ki, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov Qazet.az-a açıqlamasında işğal edilmiş torpaqların Azərbaycana qaytarılması davam etdiyini bildirib:

"Ermənistanda olan bütün qüvvələr bilməlidir ki, 1990-cı ilin əvvəllərində bütün işğal edilmiş torpaqlar Azərbaycana qaytarılacaq. Bu gün proses davam edir. Bu, istər Azərbaycanın şimal-qərbi, istərsə də cənub-qərbinin müəyyən əraziləridir. Bütün hadisələr bir daha onu göstərir ki, əslində Ermənistanın iddiası yalnız Qarabağla bağlı deyildi. Onlar Azərbaycanın bir çox rayonlarını işğal etmək istəyirdilər. Bunu Qazax və Naxçıvan istiqamətində etmişdilər. Bu onu göstərir ki, Ermənistanın Azərbaycana ərazi iddiası var.

Bu gün Ermənistanda bəzi revanşist qüvvələrin yenidən xalqı aldatması, Dağlıq Qarabağ ətrafında spekulyasiyalara yol verməsi o deməkdir ki, Azərbaycanın işğaldan azad etdiyi torpaqlarla yanaşı digər ərazilərimizində "böyük ermənistan" adlı qondarma xəritəyə daxil edilməsi düşünülür. Bütün bunlar isə bir daha olmayacaq. Onlar yaxşı anlamalıdırlar ki, tarixi Azərbaycan torpaqları mütləq Azərbaycana qaytarılacaq", - deyə Z.Məmmədov bildirib.