Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
13 Noyabr 2026, 16:37
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1125
03.03.2021, 17:12
Martın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Arabir güclənən cənub-qərb küləyi əsəcək, axşam mülayim şimal küləyi ilə əvəz olunacaq.
ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən Redaktor.az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 10-14, Bakıda gecə 3-5, gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 761 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
Martın 3-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 4-8, yüksək dağlıq ərazilərdə 10-12 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən martın 3-də Abşeron yarımadasında atmosfer təzyiqinin aşağı enməsi fonunda gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Xəbərdarlıq
Martın 3-də Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyi əsəcək, 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcək.
Azərbaycanın rayonlarında martın 3-də, əsasən dağlıq və dağətəyi ərazilərdə qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.
16:59 / 13 Noyabr 2026
15
16:51 / 13 Noyabr 2026
35
16:37 / 13 Noyabr 2026
64
16:29 / 13 Noyabr 2026
48
16:08 / 13 Noyabr 2026
156
16:00 / 13 Noyabr 2026
66
15:42 / 13 Noyabr 2026
277
15:37 / 13 Noyabr 2026
83
15:30 / 13 Noyabr 2026
85
15:01 / 13 Noyabr 2026
94
14:59 / 13 Noyabr 2026
210
14:50 / 13 Noyabr 2026
108
14:46 / 13 Noyabr 2026
95
14:33 / 13 Noyabr 2026
102
14:24 / 13 Noyabr 2026
543
14:17 / 13 Noyabr 2026
453
14:12 / 13 Noyabr 2026
105
14:05 / 13 Noyabr 2026
195
14:00 / 13 Noyabr 2026
110
13:43 / 13 Noyabr 2026
229
13:41 / 13 Noyabr 2026
110
13:20 / 13 Noyabr 2026
107
13:05 / 13 Noyabr 2026
255
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.