Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
13 Noyabr 2026, 17:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1026
03.03.2021, 11:44
"COVID-19" virusu ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul etdiyi qərara müvafiq olaraq sərnişindaşıma fəaliyyətində yaranmış fasilə nəzərə alınmaqla, Bakı metropoliteninin bütün infrastrukturu normal iş rejimi şəraitində yoxlanılacaq.
Oxu24.com bildirir ki, bu barədə Bakı Metropoliteninin yaydığı məlumata görə, mart ayının 6-7-də həyata keçiriləcək tədbirlər çərçivəsində bütün metropoliten xətlərində qatarlar müəyyən edilmiş qrafikə uyğun qaydada hərəkət edəcək:
"Eyni zamanda hərəkətin təşkili, idarə olunması və nizamlanması, elektrik təchizatı, habelə digər mühəndis-texniki qurğu, avadanlıq və sistemlər adi iş rejimi vəziyyətinə gətiriləcək.
Tədbirin həyata keçirilməsində məqsəd optimal iş rejimi şəraitində metropolitenin infrastrukturunu, o cümlədən qeyd edilən sistem və qurğuların fəaliyyətini texniki-normativ tələblərə uyğun yoxlamaqla qiymətləndirməkdir.
Mühüm məsələlərdən biri kimi, maşinist heyətinin və digər aidiyyəti işçi personalının peşə vərdişlərinin yoxlanılaraq dövrü qiymətləndirilməsi də təmin olunacaq.
Bu tədbirlər Bakı metropolitenində sərnişindaşıma fəaliyyətinin daim hazır vəziyyətdə saxlanılmasına xidmət edir. Məlumat üçün onu da bildiririk ki, "COVID-19" koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi müddət ərzində Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti yalnız Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar əsasında tənzimlənir".
17:13 / 13 Noyabr 2026
1
17:07 / 13 Noyabr 2026
27
16:59 / 13 Noyabr 2026
50
16:51 / 13 Noyabr 2026
67
16:37 / 13 Noyabr 2026
99
16:29 / 13 Noyabr 2026
70
16:08 / 13 Noyabr 2026
176
16:00 / 13 Noyabr 2026
85
15:42 / 13 Noyabr 2026
293
15:37 / 13 Noyabr 2026
91
15:30 / 13 Noyabr 2026
88
15:01 / 13 Noyabr 2026
99
14:59 / 13 Noyabr 2026
220
14:50 / 13 Noyabr 2026
114
14:46 / 13 Noyabr 2026
99
14:33 / 13 Noyabr 2026
109
14:24 / 13 Noyabr 2026
574
14:17 / 13 Noyabr 2026
469
14:12 / 13 Noyabr 2026
111
14:05 / 13 Noyabr 2026
205
14:00 / 13 Noyabr 2026
115
13:43 / 13 Noyabr 2026
234
13:41 / 13 Noyabr 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.