Vəzifəli şəxs qəfil öldü
13 Noyabr 2026, 22:36
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1061
21.02.2021, 19:59
Qubanın İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev 200 nəfərin adını işə yazdırıb və kartlarını özü götürüb.
Bu iddia ilə Xaçmazda yaşayan müstəqil jurnalist Cəmil Məmmədli çıxış edib.
Jurnalist bildirib ki, icra başçısı rayon barədə araşdırma apardığını biləndən ona qarşı müxtəlif üsullarla təzyiqlər göstərir:
“Mən rayonla bağlı böyük araşdırma film hazırlayıram. Filmdə icra başçısının törətdiyi qanun pozuntuları faktlarla əks olunub. rayona 525 kvota ayrılıb. İcra başçısı Qubada olan 31 icra nümayəndəsini çağırıb, tapşırıb ki, 200 nəfər “səsi çıxmayan”, fağır adam tapsınlar. Onlar da tapıb. İcra başçısı fevral, mart, aprel aylarında 200 nəfərin kartına yatırılmış 250 manatı cibinə qoyub. O məbləğdən yalnız məmurlardan birinin Qubadakı villasının işıq pulunu ödəyib, vəssalam. May ayında Prezident Aparatının səlahiyyətli şəxslərindən biri Qubaya gələrək, qanunsuz əməllərə son qoymağı, məsələlərin ciddi araşdırıldığını deyib və kart məsələsinə də toxunub. Bu iclasdan sonra - mayın 8-i 10-u arası həmin 200 nəfərin hamısı “işdən” çıxarılıb. Mən bunu araşdırmışam, əlimdə sübutlarım var. Təkcə kart məsələsini araşdırmamışam, həm də icra başçısının bələdiyyə sədrlərini, icra nümayəndəliyini neçəyə təyin etdiyi, başqa qanunsuz əməllərini araşdırmışam. Onun mənə qarşı təzyiqlərinin heç bir əhəmiyyəti olamyacaq”.
Cəmil Məmmədli qarşılaşdığı təzyiqlərlə bağlı video müraciət də hazırlayıb. Həmin materialı təqdim edirik:
22:36 / 13 Noyabr 2026
7
22:18 / 13 Noyabr 2026
56
22:13 / 13 Noyabr 2026
61
22:03 / 13 Noyabr 2026
82
21:43 / 13 Noyabr 2026
614
21:36 / 13 Noyabr 2026
79
21:29 / 13 Noyabr 2026
103
21:24 / 13 Noyabr 2026
75
21:03 / 13 Noyabr 2026
91
20:58 / 13 Noyabr 2026
99
20:50 / 13 Noyabr 2026
1022
20:41 / 13 Noyabr 2026
127
20:37 / 13 Noyabr 2026
98
20:35 / 13 Noyabr 2026
83
20:20 / 13 Noyabr 2026
104
20:09 / 13 Noyabr 2026
339
20:06 / 13 Noyabr 2026
97
20:05 / 13 Noyabr 2026
99
19:58 / 13 Noyabr 2026
335
19:53 / 13 Noyabr 2026
230
19:41 / 13 Noyabr 2026
131
19:38 / 13 Noyabr 2026
777
19:35 / 13 Noyabr 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.