Qaynar xətt:

(+99450) 247 90 86

11 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq - BU GÜNÜN HAVASI

11 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq - BU GÜNÜN HAVASI

CƏMİYYƏT

1798

21.02.2021, 10:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda və Abşeron yarımadasında havanın buludlu olacağı, bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.

ETSN-in Milli Hidrometeorologiya Xidmətindən Oxu24.com-a verilən məlumata görə, mülayim şimal küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 1-3 dərəcə isti, gündüz 5-7 dərəcə isti, Bakıda gecə 1-3 dərəcə isti, gündüz 5-7 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunundan 776 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.

Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə şaxta, gündüz 2-5 dərəcə şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.