Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib
13 Noyabr 2026, 22:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
793
20.02.2021, 22:54
Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında növbəti 7 il üçün əməkdaşlıq sahələri ilə bağlı müzakirələr aparılacaq. Bu barədə Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas onlayn mətbuat konfransında bildirib.
Oxu24.com Sputnik Azərbaycan-a istinadən bildirir ki, politoloq İlyas Hüseynov deyir ki, müxtlif dövrlərdə bu münasibətlər yüksələn xətlə inkişaf edib:
"Biz Azərbayca-Aİ arasında ticarət dövriyyəsindəki artımlara nəzər salmaqla da bunu görə bilərik. Bu münasibətlərin strateji xarakter daşıdığını deyə bilərik. Çünki Azərbaycanın ixrac etdiyi karbohidrogen ehtiyatlarının əsas alıcısı ittifaq ölkələridir. Azərbaycanın reallaşdırdığı enerji layihələri Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rola malikdir. Avropa ölkələri enerji sahəsindəki əməkdaşlığa həm də starteji tərəfdaşlıq kimi yanaşırlar. Buna görədir ki, enerji təhlükəsizliyi məsələsi onların milli təhlükəsizliyi ilə bərabərləşdirilir. Avropanın enerji asılılığının monopoliyadan çıxarılması üçün ittifaqın donor təşkilatları Xəzərin karbohidrogen ehtiyatları ilə bağlı müxtəlif səviyyələrdə müzakirələr aparırlar".
Politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Azərbaycan Aİ münasibətləri enişli-yoxuşlu olub:
"Zaman-zaman tərəflər arasında yaranmış ciddi problemlər, qarşılıqlı anlaşma şəraitində həllini tapıb. Bundan əvvəlki münasibətlər tərəflər arasında qəbul edilmiş "Assosiativ saziş" çərçivəsində davam etdirilib. Çərçivə Sazişinin imzalanmasına əngəl olan bir sıra problemlər isə hələ də qalmaqdadır. İqtisadi müstəvidə əlaqələr yüksələn xətlə inkişafdadır. Bərabərsəviyyəli ikitərəfli əlaqələrin qurulmasının nəticəsi olaraq, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün apardığı ikinci Qarabağ savaşında neytrallığını qorudu. Çünki Aİ-nin Azərbaycanın ərazi bütövlüyü haqqında qətnamələri mövcuddur".
Ekspert hesab edir ki, bundan sonra əlaqələrin daha sürətlə inkişafı üçün perspektivlər mövcuddur.
"Burada TAP layihəsinin işə düşməsini qeyd etməliyik. Azərbaycan Avropanın enerji təchizatında mühim rol oynayır. Ölkəmiz Avropanın Şərq Tərəfdaşlığı Proqramında vacib yer tutur. Yaxın bir il ərzində tərəflər arasında Çərçivə Sazişinin imzalanacağını güman etməsəm də, Azərbaycan Qarabağda qurucluq işlərini aparmaq üçün həm də Avropaının iqtisadi imkanlarından istifadə edəcək", - deyə o, əlavə edib.
22:53 / 13 Noyabr 2026
1
22:49 / 13 Noyabr 2026
14
22:41 / 13 Noyabr 2026
30
22:36 / 13 Noyabr 2026
44
22:18 / 13 Noyabr 2026
63
22:13 / 13 Noyabr 2026
66
22:03 / 13 Noyabr 2026
155
21:43 / 13 Noyabr 2026
690
21:36 / 13 Noyabr 2026
83
21:29 / 13 Noyabr 2026
110
21:24 / 13 Noyabr 2026
82
21:03 / 13 Noyabr 2026
96
20:58 / 13 Noyabr 2026
103
20:50 / 13 Noyabr 2026
1067
20:41 / 13 Noyabr 2026
132
20:37 / 13 Noyabr 2026
102
20:35 / 13 Noyabr 2026
89
20:20 / 13 Noyabr 2026
109
20:09 / 13 Noyabr 2026
355
20:06 / 13 Noyabr 2026
101
20:05 / 13 Noyabr 2026
102
19:58 / 13 Noyabr 2026
345
19:53 / 13 Noyabr 2026
238
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.