Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib
13 Noyabr 2026, 22:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
957
20.02.2021, 22:16
Xəbər verildiyi kimi Azərbaycanın baş naziri Əli Əsədov Türkiyə-Azərbaycan birgə iqtisadi komissiyasının toplantısında iştirak etmək üçün Ankaraya səfər edib. Səfər zamanı iki ölkə arasında bir çox sahələri əhatə edən 10-dan artıq birgə sənəd, o cümlədən qarşılıqlı ticarət-investisiya əlaqələrinə dair sənədlər imzalanıb. Virtualaz.org xəbər verir ki, əldə edilən anlaşmalardan biri də Türkiyənin SOM yüksək dəqiqlikli, "hava-yer" tipli qanadlı raketini Azərbaycana ixrac etməsini nəzərdə tutur. Bu haqda aydınlık.com.tr Türkiyənin vitse-prezidenti Fuad Oktayın verdiyi açıqlamalara əsasən bildirir.
Məlumatda deyilir ki, TÜBİTAK Müdafiə Sənayesi Araşdırma İnstitutu (SAGE) tərəfindən hazırlanan, "Roketsan" tərəfindən seriya istehsalı həyata keçirilən SOM qanadlı raketi Azərbaycanın Hərbi Hava Qüvvələrinin inventarında yer alan döyüş təyyarələrinə inteqrasiya ediləcək. Bununla da Azərbaycan 250 kilometr və daha çox mənzilə sahib olan, yüksək dəqiqliyə malik raketə malik olacaq.
Oxu24.com virtualaz.org-a istinadən bildirir ki, SOM-B1 raketi daha əvvəl, 2019-cu ildə Bakıda keçirilən hərbi paradda ilk dəfə nümayiş etdirilmişdi.
230 kiloqramlıq döyüş başlığına malik SOM raketinin cəmi ağırlığı 600 kiloqramdır. Raketin uzunluğu 4 metrdir. Raketin SOM-A və SOM-B1 versiyaları mövcuddur, daha bir neçə versiyasının hazırlanması üzərində iş gedir.
Raketin İlk sınaq uçuşu 9 avqust 2011-ci il tarixində Qara dəniz üzərində həyata keçirilib. Sınaq zamanı 180 km-dən artıq məsafəni GPS/İNS idarəetməsi ilə qət edən raket öz hədəfini yüksək dəqiqliklə məhv edib. Sınaqlar tamamlandıqdan sonra raketlərin ilk partiyası 2011-ci ilin sonlarına qədər Türkiyə Hərbi Hava Qüvvələrinin silahlanmasına daxil edildi.
2019-cu ildə bu raketin beton bunkerlərin dağıdılması üçün hazırlanan SOM-B2 versiyası uğurla sınaqdan keçirilib. SOM B2 modeli düşmənin sığınacaqlarına qarşı xüsusi döyüş başlığı ilə təchiz olunub. SOM-B1 raketindən fərqli olaraq SOM B2 modeli iki dəlici döyüş başlığından ibarətdir. Raket hədəfə yönəlmədə GPS və inersial naviqasiya sistemindən istifadə edir.
22:53 / 13 Noyabr 2026
1
22:49 / 13 Noyabr 2026
14
22:41 / 13 Noyabr 2026
30
22:36 / 13 Noyabr 2026
44
22:18 / 13 Noyabr 2026
63
22:13 / 13 Noyabr 2026
66
22:03 / 13 Noyabr 2026
155
21:43 / 13 Noyabr 2026
690
21:36 / 13 Noyabr 2026
83
21:29 / 13 Noyabr 2026
110
21:24 / 13 Noyabr 2026
82
21:03 / 13 Noyabr 2026
96
20:58 / 13 Noyabr 2026
103
20:50 / 13 Noyabr 2026
1067
20:41 / 13 Noyabr 2026
132
20:37 / 13 Noyabr 2026
102
20:35 / 13 Noyabr 2026
89
20:20 / 13 Noyabr 2026
109
20:09 / 13 Noyabr 2026
355
20:06 / 13 Noyabr 2026
101
20:05 / 13 Noyabr 2026
102
19:58 / 13 Noyabr 2026
345
19:53 / 13 Noyabr 2026
238
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.