Qaynar xətt:

(+99450) 247 90 86

Alimlərdən xəbərdarlıq - Çox yatmaq ölümə səbəb olur

2018-08/1533922148_yatmaq.jpg

CƏMİYYƏT

878

10.08.2018, 21:28

\"\" Böyük Britaniyanın Kilsk universitetinin alimləri yeni tədqiqatın nəticələrini açıqlayıblar.
Oxu24.com \"ölkə.az\"-a istinadən bildirir ki, alimlərin qənaətinə əsasən, çox yatmaq ürəkdə problemlərə səbəb olur və vaxtından əvvəl ölmə riskini artırır. Mütəxəssislər 74 tədqiqatın nəticələrini incələyiblər. Bu tədqiqatlarda 3 milyondan çox insan iştirak edib. Alimlər qeyd ediblər ki, sutka ərzində 10 saat yuxu ölüm riskini sutka ərzində 7 saat yatanlara nisbətən 30% artırır. Bununla yanaşı insultdan yaranan ölüm riski 56%, ürək-damar xəstəliklərindən üzə çıxan ölüm riski isə 49% artır. Eyni zamanda məlum olub ki, pis yuxu yatanların da sağlamlıqları ilə bağlı problemləri olur. Belə insanlarsa ürək xəstəliyi riski 44% artır. Alimlər məsləhət görürlər ki, sutka ərzində 7-8 saat yatmaq kifayətdir. Bu, ürək xəstəlikləri riskini azaldır.