Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4400
az

Səfərbərliklə bağlı yeni fərman

18:4110 Avqust, 2018
1212
CƏMİYYƏT
  • A
 Prezident İlham Əliyev "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 13 dekabr tarixli 328 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.


Fərmanda qeyd edilir ki, "Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 13 dekabr tarixli 328 nömrəli Fərmanında aşağıdakı məzmunda 1.9-cu bənd əlavə edilsin:


"1.9. həmin Qanunun 17.4-cü maddəsində (hər iki halda) nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti həyata keçirirlər.”


Qanunun 17.4-cü maddəsində deyilir: "Müvafiq icra hakimiyyəti orqanının hərbi uçotunda olan hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırışını həmin müvafiq icra hakimiyyəti orqanı həyata keçirir". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şamaxıdakı güclü qar sürücüləri çətin vəziyyətə saldı -VİDEO
Əliyev İranla gələcək münasibətləri şərtini diktə edir – iki mühüm mesaj
Bakı metrosunda HƏYƏCANLI ANLAR -Sərnişin relslərin üstünə yıxıldı və...

Yaponiyada mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Rusiya Ukrayna tankını vurdu
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Protez və implantlara alternativ dərman    sınaqdan       keçirildi
Zaqatalada daha bir yeni doğulan körpə öldü