Insanlar avqustun 1-də 2018-ci il üçün resursların ehtiyatını tamamilə bitirdilər və planetə "borclu" yaşamağa başladılar.
Oxu24.com xəbər verir ki, bu haqda Rusiyanın vəhşi təbiətinin ümumdünya Fondu bildirib.
Hər il ekoloji borc gününün tarixi "Ekoloji izin qlobal şəbəkəsi" elmi-tədqiqat təşkilatı tərəfindən müəyyən edilir. Bunun üçün bioloji resursların istehlakı və parnik qazlarının tullantıları üzrə BMT-nin agentliklərinin məlumatlarından istifadə olunur.
Həmçinin, xəbərdə qeyd edilir ki, 2000-ci illərin başlanğıcında ekoloji borc günü oktyabr ayına düşürdü. 2017-ci ildə isə insanlar Yer kürəsinin bir il ərzində istehsal edə biləcəyi ehtiyatları avqustun 2-də tamamilə bitirdilər. Oxu24.com
ŞƏRHLƏR