Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
3976
az

Bu gün imtahan var

09:0526 İyul, 2018
1042
CƏMİYYƏT
  • A
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 2018/2019-cu tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün ikinci və üçüncü ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.

Imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda ümumilikdə 61 binada aparılacaq. İmtahanların idarə olunmasına 217 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2 min 585 nəzarətçi-müəllim cəlb olunacaq.

İmtahanda 31 min 904 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 14 min 993 abituriyent ikinci qrup üzrə, 16 min 911 abituriyent üçüncü qrup üzrə imtahan verəcək.

Abituriyentlərdən 29 min 370 nəfəri Azərbaycan bölməsinin (ikinci qrup üzrə 13 min 641, üçüncü qrup üzrə 15 min 729 nəfər), 2 min 534 nəfəri isə rus bölməsinin (ikinci qrup üzrə 1352, üçüncü qrup üzrə 1182 nəfər) məzunudur. Onların 13 min 849 nəfəri oğlanlar (ikinci qrup üzrə 9 min 419 nəfər, üçüncü qrup üzrə 4 min 430 nəfər), 18 min 55 nəfəri isə qızlardır (ikinci qrup üzrə 5 min 574 nəfər, üçüncü qrup üzrə 12 min 481 nəfər). Abituriyentlərin 24 min 666-sı cari ilin orta ümumtəhsil məktəblərinin, 5 min 865-i əvvəlki illərin, 98-i ali təhsil müəssisələrinin, 1275-i isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. Onların 163-ü xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1959-cu ildən, ən gənci isə 2003-cü ildəndir.

Bakı şəhərində 14 min 262, Naxçıvanda 1615, Gəncədə 3 min 211, Sumqayıtda 1587, Mingəçevirdə 1309, Şəkidə 1788, Bərdədə 1827, Göyçayda 1310, Şirvanda 1853, Lənkəranda 1947, Xaçmazda isə 1195 abituriyentin imtahan verəcəyi gözlənilir.

Bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər iyulun 18-dən etibarən DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11-də başlanacaq və üç saat davam edəcək.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
- şəxsiyyəti təsdiq edən sənədin əsli;
- “İmtahana buraxılış vərəqəsi";
- 16 yaşı tamam olmamış (şəxsiyyət vəsiqəsində şəkli olmayan) abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.

İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkarlanan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yemək yeyərkən telefondan istifadə edənlərə bəd xəbər
Bu insanlar yata bilmirlər
Bakıda ərini öldürən qadın 4 uşaq anası imiş - hadisə yerindən VİDEO

Yadplanetlilərlə görüşən kişi - "Hazırda otaqda 5 nəfərik, əlaqədə olduğum yadplanetli də buradadır"

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Quş qripi pandemiyası TƏHLÜKƏSİ -Bu ölkə 5 milyon doza peyvənd aldı
Bu vəzifəli şəxslər    həbs    edildi