Qaynar xətt:

(+99450) 247 90 86

Nazirdən xarici dilin tədrisi ilə bağlı vacib - ƏMR

2018-07/1532525020_ceyhun.jpg

CƏMİYYƏT

1033

25.07.2018, 17:23

\"\" Təhsil naziri Ceyhun Bayramov orta məktəblərdə xarici dilin tədrisi barədə əmr imzalayıb.
Nazirin əmrinə əsasən, Azərbaycanın ümumtəhsil məktəblərində tədrisi nəzərdə tutulan xarici dil (dillər) ingilis, alman, fransız, rus, ərəb, fars dilləri arasından seçilir. Tədris dilindən asılı olmayaraq, bütün ümumtəhsil məktəblərində xarici dilin tədrisi I sinifdən başlanır. Ümumtəhsil məktəblərində ikinci xarici dil V sinifdən etibarən tədris olunur. Müvafiq pedaqoji kadr potensialı və tədris bazası olduğu halda, ikinci xarici dilin tədrisindən və öyrənilməsindən imtina olunması yolverilməzdir. I və V siniflərdən başlayaraq tədris edilən xarici dillərin növbəti siniflərdə dəyişdirilməsinə yol verilmir.