Qaynar xətt:

(+99450) 247 90 86

Temperatur yenidən yüksəlir - Meteohəssas insanlara xəbərdarlıq

2018-07/1532511775_isti.jpg

CƏMİYYƏT

868

25.07.2018, 13:51

\"\" Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin  yağmursuz keçəcəyi, lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.  
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu24.COM-a verilən xəbərə görə, şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.   Havanın temperaturu Abşeron yarımadasında gecə 25-28, gündüz 32-37, Bakıda gecə 26-28, gündüz 35-37 dərəcə isti olacaq. Abşeron çimərliklərində iyulun 26-da şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 26-27, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti təşkil edəcək. Çimərliklərdə əlverişli hava şəraiti müşahidə olunacaq. Şimal-şərq küləyi əsəcək.   Azərbaycanın rayonlarında iyulun 26-da hava şəraitinin yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-27, gündüz 36-41, dağlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti olacaq.   Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 26-da Abşeron yarımadasında zəif küləklərin üstünlüyü fonunda bəzi saatlarda rütubətin normadan bir qədər yüksək olacağı gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.