Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
38692
az

Qurani-Kərimdə rəcət barədə yazılıbmı?

20:0308 Sentyabr, 2020
448
CƏMİYYƏT
  • A

Rəcət o mövzulardandır ki, möminin əqidə əsaslarındandır. Rəcətin dini mənası odur ki, İmam Zaman ağa (ə.f) zühur edən zaman möminlər və kafirlər yenidən dirilərək, bu dünyaya qayıdacaqlar. Qayıtmaqlarının səbəbi isə belə izah edilir ki, möminlər tövhid kəlməsinin dünyada hakim olmasında Həzrətə (ə.f) yardım edəcəklər. Kafirlərdən intiqam alacaqlar və bu intiqam kafirlərin bu dünyada çəkdikləri əzabın bir hissəsi olacaqdır.

Bəs Qurani-Kərimdə rəcətlə bağlı birmənalı və birbaşa buyuruşlar varmı?

Bəli, həqiqətdə Müqəddəs Quranda rəcətlə bağlı çox sayda ayə nazil olmuş və onun həqiqət olduğunu təsdiq etmişdir.

"Və (yada sal) o gün(ü) ki, hər bir ümmətdən bir şahid (iman və küfr, itaət və itaətsizliklərinə şəhadət vermək üçün hər ümmətin içərisindən onların peyğəmbərlərini, yaxud hər əsrin dəstələrinin arasından onların təqvalılarını) gətirəcəyik.

Sonra küfr etmiş kəslərə nə (danışmaq və üzr istəmək üçün) icazə verilər, (çünki şahidlərin və onların özlərinin bədən üzvlərinin şəhadəti kifayət edəcəkdir), nə onlardan razılıq istəniləcək və nə də onlara haqqın razılığını istəməyə rüxsət veriləcəkdir.

Və zülm edənlər (Cəhənnəm) əzabı(nı) gördükdə (onlar üçün tam aydın olacaq ki,) onların nə əzabı yüngülləşdiriləcək və nə də onlara möhlət veriləcəkdir". ("Nəhl" 84-85).

"Ölümünüzdən sonra sizi (yenidən) diriltdik ki, bəlkə şükür edəsiniz". ("Bəqərə" 56).

"Sayları minlərlə olduğu halda ölümün qorxusundan (və cihaddan qaçmaq üçün) öz evlərindən çıxan kəslərə (ibrət gözü ilə) baxmadınmı? Onda Allah onlara dedi: "Ölün! (Allah onların ölümünü istədi, onlar da dərhal öldülər)".

Sonra onları diriltdi (ki, ölümdən qaçmağın mümkün olmamasını başa düşsünlər). Doğrudan da Allah insanlara qarşı lütf və bəxşiş sahibidir. Lakin insanların çoxu şükür etmirlər". ("Bəqərə" 243).

"(Ya Peyğəmbər!) Şübhəsiz, bu Quranı(n təbliğini) sənə vacib edən (Allah) səni qayıdacağın yerə (yenidən dönmək arzusunda olduğun doğma Məkkə şəhərinə) qaytaracaqdır. De: "Mənim Rəbbim kimin hidayətlə gəldiyini, kimin açıq-aşkar azğınlıqda olduğunu daha yaxşı bilir"". ("Qəsəs" 85).

Bu ayə rəcətə işarə edir və buyurur ki, o kəs ki, Quranı sənə nazil etmiş və vacib etmişdir o, səni qaytaracaqdır.

Bu ayəni iki cür mənalandırırlar. Mənasının biri budur ki, Həzrət Peyğəmbər (s) Məkkədən çıxan zaman qəmgin olur və bu ayə nazil olur ki, qəm yeməsin. Çünki Məkkəyə geri qayıdacaqdır.

İkinci mənası budur ki, Həzrət Peyğəmbər (s) rəcət dövründə qayıdacaqdır. İmam Baqir (ə) bu ayənin təfsirində buyurur: "Sizin Peyğəmbəriniz (s) ikinci dəfə dünyaya qayıdacaqdır".

İmam Sadiq (ə) buyurur: "Allaha and olsun ki, dünya sona çatmaz, o zamana qədər ki, Allah Həzrət Peyğəmbəri (s) və İmam Əlini (ə) bu nöqtədə, yəni Kufə kənarında toplayacaqdır. Orada məscid inşa edərlər ki, 12 min qapıya malik olacaqdır. O məscid axırəz-zaman dövründə olacaqdır, yəni Həzrət Məhdinin (ə) zühuru zamanında".

İmam Səccad (ə) buyurur: "Bu ayədəki məqsəd - Peyğəmbərin (s) sizə tərəf rəcət etməsidir".

İmam Baqir (ə) buyurur: "Allah Cabirə rəhmət etsin, elmi o həddə gəlib çatmışdı ki, (sonra yuxarıdakı ayəni tilavət edir) bu ayənin təfsirini başa düşürdü və bilirdi ki, bu ayənin təfsirində məqsəd rəcətdir". (Beytutə)

Beləliklə deyə bilərik ki, rəcət haqdır və o, bir gün gələcəkdir.

İnsanlar ölü olduqları halda diriləcək və İmam Zaman ağanın (ə.f) ətrafında toplanacaqlar. İmama (ə.f) bu zühurdə dəstək edən hətta Həzrət Peyğəmbər (s) də olacaqdır. Çünki o Həzrət (s) də, İmam Əli (ə) də rəcət zamanı diriləcək və dünyaya geri qayıdacaqlar.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Beynəlxalq Maliyyə Korporasiyasının icraçı direktoru Azərbaycana gəldi
Heydər Əliyev Mərkəzində onlara ziyafət verildi -FOTO
Estetik cərrahlardan şikayət edən onlar imiş -FOTO

İsveçdə dəmir dövrünə aid qeyri-adi dəfn yeri tapılıb

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
İlan ilbisi yedi — Viral olan həmin video
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Qaxda ağır qəza - Azyaşlı öldü