Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
38662
az

SON DƏQİQƏ! Azərbaycanın bu iki rayonu ləğv edilir

22:5107 Sentyabr, 2020
2384
CƏMİYYƏT
  • A

Gəncənin Nizami və Kəpəz rayonları ləğv edilərək idarəçiliyin bir mərkəzdən həyata keçirilməsi təklif olunur.

APA TV-nin yerli bürosunun xəbərinə görə, Gəncə şəhər ərazisinin rayonlara bölünməsi 1980-ci il noyabrın 21-də həyata keçirilib. 

Hələ o zamanlar şəhər Kirovabad adlandığından, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə rayonlardan biri Kəpəz, digəri isə şəhərin tarixi adını yaşatmaq üçün Gəncə rayonu adlandırılıb. 1989-cu ildə şəhərin tarixi adı bütövlükdə özünə qaytarıldıqdan sonra Gəncə rayonunun adı 1991-ci ildə Nizami rayonuna dəyişdirilib. 

İndi Nizami və Kəpəz rayonlarının ləğv edilərək Gəncə şəhərinin tərkibinə qatılması təklifi sakinlərin də ürəyincədir.

 

Milli Məclisin deputatı Müşfiq Cəfərov deyir ki, Nizami və Kəpəz rayonlarının inzibati ərazi bölgüsünün ləğv edilməsi ilə bağlı irəli sürülən təşəbbüs ölkənin ikinci böyük şəhərində idarəetmənin keyfiyyətinin yüksəldilməsi və vətəndaşların rahatlığının, məmnunluğunun təmin edilməsi məqsədini daşıyır. Əhalisinin sayına görə Gəncə şəhərinə yaxın olan Sumqayıt şəhərinin nümunəsi göstərir ki, idarəçiliyin bir mərkəzdən həyata keçirilməsi daha səmərəli və optimal mexanizmdir: “Son vaxtlar Nazirlər Kabineti, Prezident Administrasiyası və Milli Məclisin strukturlarında da ciddi dəyişikliklər baş verdi. Və bu da çox müsbət öz təsirini göstərdi, göstərməkdədir. Hesab edirəm ki, burda əsas məqam yenə də vətəndaş amilidir. Vətəndaşın belə deyək da o müraciətinin qısa bir zamanda baxılmasıdır, çevik cavablandırılmasıdır, problemin həllidir”.

Deputat Naqif Həmzəyev isə bildirir ki, müxtəlif vaxtlarda yerli və mərkəzi icra orqanlarının strukturu, fəaliyyət istiqamətləri, prinsipləri, vəzifə və öhdəliklərinin dəqiqləşdirilməsi, paralelliyin aradan qaldırılması, qərarların çevik qəbul olunması və vəzifələrin mümkün qədər səmərəli icrası ilə bağlı qanunvericilik təşəbbüsləri irəli sürülüb. Bunun nəticəsində vətəndaşların müraciətlərinə baxılma mexanizmi sadələşdiriləcək, onların problemləri daha çevik şəkildə həll olunacaq, idarəetmə sistemində çoxpilləlilik, paralellik, təkrarçılıq, bürokratiya, süründürməçilik və digər bu kimi neqativ hallar aradan qaldırılacaq.

Rayonların ləğv olunaraq vahid mərkəzdən idarə olunmasının Gəncə sakinlərinə hansı faydası olacağını isə zaman göstərəcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Beynəlxalq Maliyyə Korporasiyasının icraçı direktoru Azərbaycana gəldi
Heydər Əliyev Mərkəzində onlara ziyafət verildi -FOTO
Estetik cərrahlardan şikayət edən onlar imiş -FOTO

İsveçdə dəmir dövrünə aid qeyri-adi dəfn yeri tapılıb

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
İlan ilbisi yedi — Viral olan həmin video
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ginekoloqların uşağı olmayan qadınlara tövsiyəsi: 1 toxumla 11 qayda çarədir
Qaxda ağır qəza - Azyaşlı öldü