Qoç - mövqeyinizi qoruyun. Geri çəkilmək, məğlubiyyətçilik etmək yaxşı heç nə vəd etmir. Şəxsi münasibətlərdə təşəbbüskar olun. Rəğbət bəslədiyiniz insanla münasibətləri fəallaşdırmaq üçün ilk addımı atın. Axşam saatlarını dəyər verdiyiniz insanlarla keçirin.
Buğa - vurnuxmaya qatılmayın. Əvvəlcədən hazırlanmış plan çərçivəsində hərəkət edin. Yaxınlarınız işlərinin bir qismini sizə yük etmək istəyəcəklər. Sizə birbaşa dəxli olmayan diskussiyalara qatılmayın. Maraqlı saymadığınız məsələlərin həllinə başlamayın.
Əkizlər - tamahınızın öhdəsindən gəlin. Yaşlı nəslin nümayəndələrindən biri ilə təmaslarda çətinliklər yaranacaq. Ciddi münaqişəyə yol verməyin, kiçik mübahisələri unudun. Alış-verişdə çox pul xərcləməyin. Yanlış seçim riski böyükdür.
Xərçəng - işdə uğurlar istisna deyil. Peşəkar məziyyətləriniz və bacarıqlarınız diqqətsiz qalmayacaq. Karyera müstəvisində irəliləyə bilərsiniz. Nüfuzlu insanların dəstəyindən yararlanın.
Şir - kiçik problemlər yarana bilər. Köhnə müttəfiqlərin proseslərə müdaxiləsi nəticəsində sədləri tezliklə dəf edəcəksiniz. Axşam saatlarında maraqlı tanışlıq, yaşamınızda önəmli rol oynayacaq görüş olacaq. Yaxın ətrafınızdakı insanlarda özünüzlə bağlı xoş təəssürat yaradın. Kimin nəyə layiq və qadir olduğunu, kimin inanılası adam sayıla biləcəyini anlayın. Yaramaz insandan uzaq durun.
Qız - mürəkkəb, amma məhsuldar gündür. Asan qələbələrə bel bağlamayın. Qarşıya qoyduğunuz məqsədlərə yalnız böyük səylər və zəhmət bahasına çata biləcəksiniz. İş və karyera ilə bağlı məsələlərdə diqqətli olun. Qərarlarınız, əməlləriniz sayəsində ətrafınızdakı insanların hörmətini qazanmağa çalışın.
Tərəzi - uğurlarınız bədxahlarla paxılları sinirləndirəcək. Onlar sizə zərər vurmaq üçün əllərindən gələni edəcəklər. Ailədə münaqişə, yaxınlarla fikir ayrılıqları istisna deyil. Yaxınlarınızın ümid etdikləri kompromisləri unutmayın. Amma maraqlarınızı da qurban verməyin.
Əqrəb - müsbət təmayüllərin təsiri artacaq. Uğurlu gündür. Yeni kəşflər, dəyərli məlumatın alınması, önəmli görüş ola bilər. Aktiv olun. Süstlük və ətalət işlərinizə ağır zərbə vuracaq. İctimai həyatdan kənarda qalmayın.
Oxatan - işgüzar danışıqlar pis alınmayacaq. Çoxdankı opponentləri fikirlərindən döndərə bilərsiniz. Qəfil təklifi qəbul etsəniz, axşam saatlarını yaxşı keçirmək imkanı yaranacaq. Maraq və fikirlərinizi bölüşən insanlarla qarşılaşa bilərsiniz. Yeni münasibət də formalaşacaq.
Oğlaq - sakit və təmkinli qalmaq asan olmasa da, hisslərinizə nəzarət edin. Belədə çətin situasiyalarda özünüzü itirməyərək dürüst qərarlar verə bilərsiniz. Problemlərin həllində yaradıcı yanaşma nümayiş etdirin. Çətinliklərdən qeyri-standart çıxış yolları var. Yenilikləri əxz edin.
Dolça - faydalı məlumatı tez əldə edəcəksiniz. Axşam saatlarında sevdiyiniz insanla münsibətləri qısqanclıq və şübhələrlə korlamayın. Yaşananları müzakirə edərək şübhələr, həyəcandan qurtulun. Yardım üçün dostlara müraciət edin. Onlar sizə kömək edəcəklər.
Balıqlar - əlverişli, yaxşı gündür. Yeni problemlər yaranmayacaq. Günlərdən bəri çözümünü gözləyən məsələni qulaqardına vurmayın. Strateji düşünün, situasiyanın inkişaf istiqamətlərini təxminləməyi bacarın. Köhnə düşməni zərərsizləşdirin, bədxahları yolunuzdan kənarlaşdırın.
Oxu24.com
ŞƏRHLƏR