Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda vəzifəli şəxsin oğlu yol qəzası törətdi, ölən var

Azərbaycanda vəzifəli şəxsin oğlu yol qəzası törətdi, ölən var

CƏMİYYƏT

513

06.09.2020, 12:20

Xaçmazda avtomobil yolu keçmək istəyən piyadanı vuraraq öldürüb.

Oxu24.com Qaynarinfo-ya istinadla xəbər verir ki, hadisə Xaçmaz-Xudat yolunun rayonun Çinartala kəndindən keçən hissəsində qeydə alınıb.

Xaçmazın Palçıqoba kənd sakini, 1993-cü il təvvəllüdlü Səlim Natiq oğlu Alışov yolu keçmək istəyərkən onu "Mercedes" markalı avtomobil vurub.

S.Alışov Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb və ona açıq kəllə-beyin travması, sağ baldır sümüyünün açıq yarası diaqnozları qoyulub. Yaralıya tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Şahidlərin sözlərinə görə, hadisəni törədən "Mercedes" markalı avtomobilin sürücüsü 3 saylı Ərazi Vergilər İdarəsinin rəis müavini Vüqar Məmmədovun oğlu Firuz Məmmədovdur.

Faktla bağlı araşdırma aparılır.