Gənc müəllim vəfat etdi - FOTO
20 May 2026, 18:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2297
04.09.2020, 13:58
Operativ Qərargahın sonuncu brifinqində sentyabrın 15-nə kimi növbəti yumşalmanın olacağı ilə bağlı fikirlər səsləndirildi.
Eyni zamanda rayonlara gediş-gəlişin də bərpası gözlənilir. Gələn həftədən rayonlara gediş-gəliş bərpası ilə bağlı qərar verilə bilərmi?
Oxu24.com KONKRET.az-a istinadla xəbər verir ki, bu məsələ ilə bağlı sualı cavablandıran deputat Müşfiq Cəfərov bildirib ki, rayonlarda artıq sərt karantin rejimi yığışdırılıb:
"Mən özüm Gəncədəyəm. Gəncə, Goranboy da sərt karantin rejimində idi, lakin sonuncu yumşalmadan sonra bu rayonlarda sərt karantin rejimi yığışdırılıb. Sərt karantin rejimi yalnız Bakı, Sumqayıt və Abşeronda saxlanılıb. Orada da əhali sıxlığı məsələsi var. Ən önəmlisi isə yoluxmaların əksər hissəsi həmin rayon və şəhərlərdə olduğu üçün sərt karantin rejimi saxlanıldı.
Təbii ki, rayonlara gediş-gəlişin açılması yoluxanların artma-azalma dinamikasından asılıdır. Gündəlik yoluxanların sayı hələ ki, artma-azalma dinamikası ilə davam edir. Yoluxanların sayı azalma dinamikası ilə davam edərsə, rayonlara-gediş gəliş açıla bilər. Məzuniyyətlər də artıq bitir. Rayonlara gedənlərin sayı da az olacaq. Çünki insanlar daha çox məzuniyyət zamanı yay aylarında rayonlara üz tuturlar”.
Müşfiq Cəfərov fikrini belə tamamlayıb:
"Nəzərə alsaq ki, dərslər başlayır, iş yerləri fəaliyyətini bərpa edir. Bu baxımdan hesab edirəm ki, rayonlara gediş-gəliş açılsa belə ciddi narahatlıq yaratmayacaq.
Təbii ki, rayonlara gediş-gəlişin açılması üçün müəyyən qaydaların hazırlanması və insanlarımızın Operativ Qərargahın verdiyi tövsiyələrə əməl etməsi vacibdir”.
Həmçinin oxuyun
18:16 / 20 May 2026
1
18:05 / 20 May 2026
24
17:50 / 20 May 2026
34
17:48 / 20 May 2026
36
17:10 / 20 May 2026
44
17:03 / 20 May 2026
73
17:00 / 20 May 2026
47
16:39 / 20 May 2026
60
16:34 / 20 May 2026
311
16:31 / 20 May 2026
57
16:21 / 20 May 2026
148
16:19 / 20 May 2026
50
16:11 / 20 May 2026
70
16:02 / 20 May 2026
225
15:54 / 20 May 2026
144
15:51 / 20 May 2026
57
15:42 / 20 May 2026
67
15:36 / 20 May 2026
173
15:31 / 20 May 2026
60
15:19 / 20 May 2026
397
15:16 / 20 May 2026
217
15:01 / 20 May 2026
326
14:57 / 20 May 2026
77
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.