2027-ci ildə sosial ödənişlər artırılacaq: Büdcədən əhaliyə nə qədər vəsait ayrılır? — İqtisadçı AÇIQLADI
17 Noyabr 2026, 20:39
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
865
07.07.2020, 08:57
İki həftəlik sərt karantin rejimi koronavirusa yoluxanlarının sayının azalması və xəstəxanaların yükünün normaya düşməsi baxımından vacibdir.
Bunu Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib. Onun sözlərinə görə, gündəlik yoluxma göstəricilərində artım tempi müşahidə edilir: “Sərt karantinlə insanlar arasında yoluxmanın sayının azalmasına nail olmaq istəyirik. Məqsəd budur. Sərt karantin rejimində yoluxanların sayının nə qədər olması iki həftəyə bilinəcək. Nəticə insanların özündən asılıdır. Vətəndaşlarımız tövsiyələrə əməl edərlərsə, maska taxarlarsa, istədiyimiz nəticəni əldə edə bilərik”.
C.İsayev bildirib ki, xəstəxanalar kifayət qədər koronaviruslu xəstələrlə dolub: “Bunun öhdəsindən hələlik gəlinir. Lakin vəziyyət bundan ağır olarsa, o zaman işimiz çətinləşəcək. İnsanlar arasında ictimai qınaq olmalıdır. Bu, olarsa, maskadan istifadə edənlərin sayı artır. Lakin hazırda ictimai qınaq demək olar ki, yoxdur. İnsanlar "daş məndən keçdi, kimə dəydi, dəydi" deyə fikirləşir”.
Baş infeksionist qeyd edib ki, sərt karantin rejiminin tətbiq edilməsinin məqsədi insanlar arasında təmasın olmaması və infeksiyanın yayılmasının qarşısının alınmasıdır: “Yenə deyirəm ki, buna nə qədər əməl edilməsi insanlardan asılıdır. Dövlət lazım olan bütün işləri görür. Lakin təəssüf ki, bir çox insanlar buna əməl etmir. Onlar qaydalara əməl etmirsə, dövlət nə etsin? Dövlət kifayət qədər tədbirlər görür, vəsait ayırır. Həkimlərimiz gecə-gündüz xəstələrin sağlamlığının keşiyində durur, yorulmadan, hətta yorğun olsalar belə işləyirlər. Yoluxma hallarının artmasına rəğmən qaydalara əməl etməyən insanlar var, xüsusən gənclər çoxluq təşkil edir. Hamı bunu görür, lakin qınaq yoxdur. Vətəndaşlarımızdan çox şey asılıdır”.Azvision
20:39 / 17 Noyabr 2026
19
20:23 / 17 Noyabr 2026
43
20:12 / 17 Noyabr 2026
65
19:59 / 17 Noyabr 2026
67
19:51 / 17 Noyabr 2026
68
19:40 / 17 Noyabr 2026
126
19:39 / 17 Noyabr 2026
85
19:28 / 17 Noyabr 2026
506
19:21 / 17 Noyabr 2026
91
19:14 / 17 Noyabr 2026
101
19:09 / 17 Noyabr 2026
97
19:06 / 17 Noyabr 2026
230
18:57 / 17 Noyabr 2026
110
18:55 / 17 Noyabr 2026
111
18:50 / 17 Noyabr 2026
129
18:40 / 17 Noyabr 2026
463
18:38 / 17 Noyabr 2026
110
18:28 / 17 Noyabr 2026
115
18:21 / 17 Noyabr 2026
121
17:59 / 17 Noyabr 2026
112
17:49 / 17 Noyabr 2026
107
16:51 / 17 Noyabr 2026
137
16:34 / 17 Noyabr 2026
140
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.