Qaynar xətt:

(+99450) 247 90 86

Əhali üçün vacib xəbər az öncə açıqlandı: SMS-lə icazə alınaraq avtomobillərin...

Əhali üçün vacib xəbər az öncə açıqlandı: SMS-lə icazə alınaraq avtomobillərin...

CƏMİYYƏT

2007

06.07.2020, 16:25

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Avtomobillərin texniki baxışdan keçmə müddətinin sərtləşdirilmiş xüsusi karantin rejimi dövrünə düşməsi ilə əlaqədar yaranmış vəziyyətə aydınlıq gətirilib.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev APA-ya açıqlamasında deyib ki, avtomobillərin texniki baxışdan keçməsi üçün SMS-lə icazə alınması nəzərdə tutulmayıb.

Bununla belə, K. Əliyev deyib ki, “icaze.e-gov.az” portalında kifayət qədər şəxsə nəqliyyat vasitəsi ilə hərəkət etməyə icazə verilib. Həmin şəxslər öz avtomobillərini texniki baxışdan keçirə bilərlər.

“icaze.e-gov.az” portalında nəqliyyat vasitəsi ilə hərəkət etməyə icazə verilmiş şəxslər istisna ilə, digər şəxslərə gəlincə, BDYPİ rəsmisinin sözlərinə görə, belə şəxslərin avtomobilləri saxlanan zaman məsələ araşdırılacaq:

“Müəyyən edilsə ki, həmin avtomobilin texniki baxışdan keçməli olduğu müddət sərtləşdirilmiş xüsusi karantin rejimindən əvvəlki vaxtlara təsadüf edir, o halda həmin avtomobilin sahibi inzibati məsuliyyətə cəlb olunacaq.

Həmin avtomobilin texniki baxışdan keçməli olduğu müddət sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə təsadüf etdikdə isə, o halda həmin avtomobilin sahibi inzibati məsuliyyətə cəlb olunmayacaq.

Eləcə də ölkənin sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunmayan şəhər və rayonlarında yaşayan, ancaq avtomobillərini sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan şəhər və rayonlardakı Qeydiyyat, imtahan və texniki baxış şöbələrinə getmək məcburiyyətində olan vətəndaşlar da məsuliyyətə cəlb olunmayacaqlar. Çünki həmin ərazilərə onların giriş-çıxışına icazə verilmir. Yəni sərtləşdirilmiş xüsusi karantin rejimində SMS-lə icazə alınaraq avtomobillərin texniki baxışdan keçirilməsi nəzərdə tutulmadığı üçün həmin şəxslər narahat olmasınlar”.

BDYPİ-nin şöbə rəisi onu da qeyd edib ki, hələ aprel ayının əvvəlindən xüsusi texniki vasitələrin köməyi ilə texniki baxışdan keçməyən nəqliyyat vasitələrinin aşkarlanması prosesi dayandırılıb:

“Avtomobil əməkdaş tərəfindən saxlanılan zaman müəyyən edilsə ki, həmin avtomobilin texniki baxışdan keçirilməsinə imkan olub, ancaq texniki baxışdan keçirilməyib, o halda avtomobil sahibi məsuliyyətə cəlb olunacaq ”.

K. Əliyev nəzərə çatdırıb ki, sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan şəhər və rayonlardakı Qeydiyyat, imtahan və texniki baxış şöbələrinin yaxınlığında yaşayan insanlar isə avtomobillərini texniki baxışdan keçirə bilərlər:

“Avtomobilin texniki baxışdan keçməsi üçün 15 dəqiqə vaxt tələb olunur. Yaxınlıqda yaşayan insanlar öz istəklərindən asılı olaraq avtomobillərini texniki baxışdan keçirə bilərlər. Yəni bu insanların Qeydiyyat, imtahan və texniki baxış şöbələrinə gedib-gəlməsi 1 saat tələb edirsə, avtomobillərini texniki baxışdan keçirə bilərlər. Qeydiyyat, imtahan və texniki baxış şöbələrindəki polis əməkdaşlarımız gücləndirilmiş iş rejimində xidmət aparırlar”.

 

 

Digər xəbərlər

Böyük Britaniya Ukraynaya 1000-dən çox hava hücumundan müdafiə raketi verəcək

20:45 / 17 Noyabr 2026

DÜNYA DÜNYA

Böyük Britaniya Ukraynaya 1000-dən çox hava hücumundan müdafiə raketi verəcək

32

0
2027-ci ildə sosial ödənişlər artırılacaq: Büdcədən əhaliyə nə qədər vəsait ayrılır? — İqtisadçı AÇIQLADI  

20:39 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

2027-ci ildə sosial ödənişlər artırılacaq: Büdcədən əhaliyə nə qədər vəsait ayrılır? — İqtisadçı AÇIQLADI  

65

0
 Şantaj yolu ilə pul və ya əmlak tələb edənləri hansı cəza gözləyir? – VƏKİLDƏN AÇIQLAMA  

20:23 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

 Şantaj yolu ilə pul və ya əmlak tələb edənləri hansı cəza gözləyir? – VƏKİLDƏN AÇIQLAMA  

68

0
medialiteracy-media-gov
Xolesterinin yüksək olduğunu göstərən 5 əlamət: Bəziləri göz ətrafında, bəziləri isə dəridə üzə çıxır – KARDİOLOQ DANIŞDI  

20:12 / 17 Noyabr 2026

TİBB TİBB

Xolesterinin yüksək olduğunu göstərən 5 əlamət: Bəziləri göz ətrafında, bəziləri isə dəridə üzə çıxır – KARDİOLOQ DANIŞDI  

79

0
Samuxda minik maşını aşıb, xəsarət alanlar var 

19:59 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Samuxda minik maşını aşıb, xəsarət alanlar var 

81

0
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb

19:51 / 17 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb

79

0
Ölümdən sonra yaşamaq: bir insanın orqanları neçə həyata ümid ola bilər? -  TƏHLİL

19:40 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Ölümdən sonra yaşamaq: bir insanın orqanları neçə həyata ümid ola bilər? -  TƏHLİL

153

0
Bakı-London münasibətlərində yeni dövr: Strateji Tərəfdaşlıq Bəyannaməsi nələr vəd edir? — AÇIQLAMA  

19:39 / 17 Noyabr 2026

SİYASƏT SİYASƏT

Bakı-London münasibətlərində yeni dövr: Strateji Tərəfdaşlıq Bəyannaməsi nələr vəd edir? — AÇIQLAMA  

91

0
Tələbə VƏFAT ETDİ -FOTO

19:28 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Tələbə VƏFAT ETDİ -FOTO

580

0
Sığorta ödənişindən imtina halları nədən qaynaqlanır? – Mütəxəssis İZAH EDİR  

19:21 / 17 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Sığorta ödənişindən imtina halları nədən qaynaqlanır? – Mütəxəssis İZAH EDİR  

94

0
Sülhün əsas açarı: Delimitasiya və anklavlar prosesi ləngidə bilərmi? – ŞƏRH  

19:14 / 17 Noyabr 2026

SİYASƏT SİYASƏT

Sülhün əsas açarı: Delimitasiya və anklavlar prosesi ləngidə bilərmi? – ŞƏRH  

104

0