Qaynar xətt:

(+99450) 247 90 86

Bakı polisi: "Aysberq” otelindəki fotoşəkil 2017-ci ildə çəkilib

Bakı polisi: \\\"Aysberq” otelindəki fotoşəkil 2017-ci ildə çəkilib

CƏMİYYƏT

570

06.07.2020, 13:50

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Paytaxtın Səbail rayonu, Şıxov qəsəbəsi, Salyan şösesində “Aysberq” otelinin xüsusi karantin rejim qaydalarını pozaraq fəaliyyət göstərməsi barədə sosial şəbəkələrdə yayılan görüntülər Bakı şəhər Baş Polis İdarəsində araşdırılıb".

Bu barədə Oxu24.com-a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsi əməkdaşları tərəfindın qeyd olunan otelə baxış keçilib, qadağan olunan xidmət sahələri – idman, hovuz, restoranın fəaliyyət göstərmədiyi məlum olub: "Həmin fotoşəkil 2017-ci ildə çəkilib".