Qaynar xətt:

(+99450) 247 90 86

Bu gün icaze.e-gov.az portalında bir çox icazələr ləğv edilib

Bu gün icaze.e-gov.az portalında bir çox icazələr ləğv edilib

CƏMİYYƏT

811

05.07.2020, 14:19

Bu gün icaze.e-gov.az portalında bir çox icazələr ləğv edilib. Sosial şəbəkə istifadəçilərinin bir çoxu da bununla bağlı şikayət ediblər ki, ictimai və özəl sektordan olan icazələr ləğv edilib.

Məsələ ilə bağlı Oxu24.com-a açıqlama verən Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Elnur Niftəliyev bildirib ki, bununla bağlı onlara çoxlu sayda müraciətlər olub:

"Hansı icazənin qalması, hansının ləğv olunması məsələsinə İqtisadiyyat Nazirliyi baxır. Bizdə sistem ancaq İT məsələsini tənzimləyir".