"Ərikli” suyunun qiymətinin artması xəbəri yalandır. Hazırda onun satış qiymətində heç bir artım yoxdur.
Bu sözləri Oxu24.com-a "Spar” marketlər şəbəkəsində "Ərikli” suyunun qiymətinin süni şəkildə artırılması haqqında yayılan məlumatlara münasibət bildirən "Veysəloğlu” şirkətinin mətbuat katibi İlham Məmmədzadə deyib. O bildirib ki, sözügedən suyun qiymətində son 1 ay ərzində artım müşahidə olunmayıb.
İ.Məmmədzadə onu da qeyd edib, son iki gündə ölkədə işığın verilməsində yaranan problemlərlə əlaqədar olaraq, "Araz” və "Spar” marketlər şəbəkəsi gücləndirilmiş iş rejimində çalışır və müştərilərə daha yüksək xidmət etmək üçün hətta iş saatlarını da artırıb.
Qeyd edək ki, sosial şəbəkələrdə "Ərikli” suyunun qiymətinin son günlər baş verən hadisələrlə əlaqədar süni olaraq artırıldığı iddia edilib. Oxu24.com
ŞƏRHLƏR