Qaynar xətt:

(+99450) 247 90 86

Şamaxıda virusa yoluxan məmurun kimliyi açıqlandı

2020/05/25/1590407270_sam.jpg

CƏMİYYƏT

475

25.05.2020, 15:42

Şamaxı rayon İcra Hakimiyyətində koronavirus testi pozitiv çıxan şəxs icra başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Elxan İbrahimovdur. 

Yenisabah.az-a daxil olan məlumata görə, hazırda Şamaxıda hər kəs bu olaydan danışır. Bildirilir ki, məhz Elxan İbrahimovun təmasda olduğu şəxslər karantinə alınır. 

Elxan İbrahimov 1 aydır ki, bu vəzifəyə  təyin olunub. İcra başçısının müavini olmamışdan əvvəl isə Azərbaycanda bir neçə holdinqdə iqtisadiyyat və maliyyə işləri üzrə rəhbər vəzifələrdə çalışıb.