Azərbaycanın XİLASKARI: Millətin taleyini dəyişən 103 illik ÖMÜR YOLU
10 May 2026, 14:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1029
24.05.2020, 20:12
Bitki çaylarının hər biri fərqli və özünəməxsus müalicə xüsusiyyətlərinə malikdir.
Oxu24.com qafqazinfo-ya istinadən xəbər verir ki, yaşıl çay dişlərin çürüməsinin qarşısını alır, metabolizmi sürətləndirir, arıqlamağa kömək edir, immun sistemini gücləndirir.
Çobanyastığı çayı yuxusuzluqdan əziyyət çəkənlər üçün ideal vasitədir, revmatizm, dəri xəstəlikləri, bağırsaq iltihabı kimi xəstəliklərin müalicəsində köməkçi vasitədir. Bununla yanaşı, həmin çayın qəbulu stressi azaldır, mədə ağrısının qarşısını alır, əsəbləri sakitləşdirir, diş əti xəstəlikləri ilə mübarizə aparır, həmçinin ağıziçi iltihabların müalicəsində də qarqara kimi istifadə olunur.
Razyana çayı həzm problemi, mədə ağrısı, qaz və köp kimi narahatlıqlar zamanı istifadə edilə bilər. Xüsusilə süd verən analar üçün həmin çayın qəbulu idealdır, körpədə qaz və köp yaranmasının qarşısını alır.
Gicitkən çayının tərkibində yüksək miqdarda dəmir var. Həzm sisteminin fəaliyyətini yaxşılaşdırır və orqanları təmizləyir, infeksiyaların müalicəsində köməkçi vasitədir, öskürəyə yaxşı təsir edir. Həmçinin immuniteti gücləndirir, soyuqlamanı aradan qaldırır, həzm sistemini normallaşdırır.
Kəklikotunun 350 növü var. Bu çay öskürəyi azaldır, həzm sistemini yaxşılaşdırır, orqanizmi lazımi minerallarla təmin edir. Boğaz ağrısını azaldır, ağıziçi yaraları sağaldır, diş əti xəstəliklərinə qarşı mübarizə aparır, şişkinliyi və stressi azaldır.
Xəstəliklərin müalicəsində köməkçi vasitə olaraq istifadə edilən bitki çaylarını mütəxəssislə məsləhətləşmədən istifadə etmək düzgün deyil.
14:29 / 10 May 2026
44
14:25 / 10 May 2026
54
12:25 / 10 May 2026
509
12:22 / 10 May 2026
69
00:41 / 10 May 2026
329
00:37 / 10 May 2026
2540
00:33 / 10 May 2026
139
00:20 / 10 May 2026
391
00:18 / 10 May 2026
130
00:15 / 10 May 2026
128
00:05 / 10 May 2026
278
23:58 / 09 May 2026
1075
23:55 / 09 May 2026
120
23:54 / 09 May 2026
206
23:52 / 09 May 2026
131
23:46 / 09 May 2026
554
23:44 / 09 May 2026
127
23:27 / 09 May 2026
479
23:04 / 09 May 2026
322
22:56 / 09 May 2026
135
22:42 / 09 May 2026
377
22:10 / 09 May 2026
414
21:38 / 09 May 2026
363
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.