İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşüb, "Zangilan City Park Hotel"in təməlini qoyub
10 May 2026, 12:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
863
23.05.2020, 13:46
Bakının Binəqədi rayonunda yaşayış binasının girişində ilanlar peyda olub.
Oxu24.com xəbər verir ki, bununla bağlı sosial şəbəkədə fotolar paylaşılıb.
Vətəndaş iddia edir ki, artıq iki həftədir ki, binanın qarşısında ilanlar gəzir:
“Biz Binəqədi rayonu, А.Kunanbayev küçəsi, 9/25 ünvanında yaşayırıq. Artıq iki həftədir ki, pəncərəmizin altında ilanlar peyda olub. Binəqədi Mənzil Kommunal Təsərrüfatı Birliyinin (MKTB) 80 saylı Mənzil-Kommunal İstismar Sahəsinə (MİKS) bununla bağlı müraciət etmişik. Müraciətimizə cavab olaraq, əvvəlcə buna qarşı heç bir dərman vasitəsinin olmadığını dedilər. Bütün sakinlər etiraz etdikdən sonra isə əraziyə idarənin əməkdaşları gəldi.
Binanın hər tərəfinə bilmədiyimiz və haqqında bizə məlumat verilməyən dərman vasitəsi səpdilər. Bildirdilər ki, daha ilanlar olmayacaq. Amma səhər yenidən eyni mənzərə ilə rastlaşdıq. İki həftədir ki, qorxu içərisində yaşayırıq. Uşaqları həyətə buraxa bilmirik. Bir hadisə olsa, nə edəcəyik?”
Məsələ ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan Oxu.Az-a bildirildi ki, sözügedən ünvanda yaşayan sakinlərin şikayəti üzrə əraziyə baxış keçirilib və bütün zəruri tədbirlər görülüb:
“A.Kunanbayev küçəsi, 9/25 ünvanında ilanın olması və 80 saylı MİKS tərəfindən heç bir tədbir görülməməsi ilə bağlı iddialar yanlışdır. Məsələnin araşdırılması üçün Binəqədi rayon MKTB ilə əlaqə saxlanılıb. Bizə verilən məlumata görə, şikayətlə bağlı əraziyə baxış keçirilib. Sözügedən ünvanda Gəmiricilərə və zəhərli heyvanlara qarşı dezinfeksiya işləri aparan “Banu-L” MMC tərəfindən zəruri tədbirlər görülüb. Eyni zamanda, həmin ünvanda 70 sm uzunluğunda ilan zərərsizləşdirilərək götürülüb, ərazi yenidən dezinfeksiya edilib”.
12:25 / 10 May 2026
181
12:22 / 10 May 2026
34
00:41 / 10 May 2026
301
00:37 / 10 May 2026
2295
00:33 / 10 May 2026
125
00:20 / 10 May 2026
371
00:18 / 10 May 2026
117
00:15 / 10 May 2026
116
00:05 / 10 May 2026
253
23:58 / 09 May 2026
989
23:55 / 09 May 2026
107
23:54 / 09 May 2026
188
23:52 / 09 May 2026
116
23:46 / 09 May 2026
505
23:44 / 09 May 2026
112
23:27 / 09 May 2026
460
23:04 / 09 May 2026
309
22:56 / 09 May 2026
126
22:42 / 09 May 2026
364
22:10 / 09 May 2026
396
21:38 / 09 May 2026
343
21:22 / 09 May 2026
312
21:02 / 09 May 2026
413
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.