İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşüb, "Zangilan City Park Hotel"in təməlini qoyub
10 May 2026, 12:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
737
23.05.2020, 13:21
Ümumən dünyada, o cümlədən Azərbaycanda koronavirus pandemiyasına görə ən çox ziyan dəymiş sahələrdən biri turizmdir.
Xəbər verildiyi kimi, bəzi ölkələr bu aydan, bəziləri isə iyundan etibarən sərhədləri açmağı planlaşdırır.
Turizm sektoru yenidən fəaliyyətə başlayacaq. Lakin burda diqqəti çəkən əsas məsələlərdən biri budur ki, bu il əsasən daxili turizm önəm kəsb edəcək.
Təbii ki, bu məsələdə pandemiyanın nə vaxt sona yetməsi, pandemiyanın bitməsinin hansı mövsümə təsadüf etməsi, hansı sərhədlərin açılması, xaricdə və Azərbaycanda qonaqların qəbulu ilə bağlı hansı qərarların verilməsi kimi məsələlər də rol oynayacaq.
Bu, həm də insanların psixoloji vəziyyətləri ilə əlaqədardır. Sərhədlər açılsa belə, insanlar xarici ölkələrə səfər etməkdən çəkinəcəklər.
Qeyd edək ki, Dövlət Turizm Agentliyi ictimaiyyətə yeni – “Sahman” adlı proqramı açıqlayıb. Bundan əlavə Azərbaycan Turizm Bürosu tərəfindən karantindən əvvəl “Macəra yaxındadır!” platforması təqdim edilib. Onun üzərində ölkəmizə səyahət etmək imkanları ilə bağlı əlverişli variantlar göstərilib. “Macəra yaxındadır!” adlı kampaniyanın məqsədi dövlət səviyyəsində daxili turizmi təbliğ etmək, yerli əhalini ölkənin turizm imkanlarından yararlanmağa təşviq etməklə Azərbaycan vətəndaşları üçün təqdim edilən bütün turizm təkliflərini bir araya gətirməkdir. Bu zaman daxili turizmə tələbat artacaq. Tələbat artarsa, qiymətlərin də artacağı qaçılmazdır.
Ancaq müştəri azlığı fonunda turizm obyektləri ziyanın daha da artmasının qarşısını almaq üçün daha cazibədar təkliflər irəli sürə bilərlər. Bu zaman isə daha ucuz qiymətlərə şahid olmaq mümkündür.
Oxu24.com-a açıqlamasında Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə də bildirib ki, qiymət bazarla tənzimlənir:
“Qiymətin formalaşdırılması, dəyişdirilməsi, artırılıb-azaldılması bazar qanunlarına əsaslanır. Biz öz növbəmizdə tövsiyə etmişik ki, turizmlə məşğul olan obyektlər, iaşə müəssisələri ilk mərhələlərdə, zamanlarda qiymətləri heç olmasa əlçatan etsinlər”.
12:25 / 10 May 2026
123
12:22 / 10 May 2026
30
00:41 / 10 May 2026
299
00:37 / 10 May 2026
2272
00:33 / 10 May 2026
125
00:20 / 10 May 2026
367
00:18 / 10 May 2026
114
00:15 / 10 May 2026
114
00:05 / 10 May 2026
251
23:58 / 09 May 2026
982
23:55 / 09 May 2026
106
23:54 / 09 May 2026
188
23:52 / 09 May 2026
115
23:46 / 09 May 2026
504
23:44 / 09 May 2026
112
23:27 / 09 May 2026
452
23:04 / 09 May 2026
308
22:56 / 09 May 2026
126
22:42 / 09 May 2026
363
22:10 / 09 May 2026
393
21:38 / 09 May 2026
342
21:22 / 09 May 2026
312
21:02 / 09 May 2026
413
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.