İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşüb, "Zangilan City Park Hotel"in təməlini qoyub
10 May 2026, 12:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1075
23.05.2020, 13:18
"Dövlət Yol Polisi əməkdaşları tərəfindən ayın 13-dək İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi üzrə qərar qəbul edilməyib".
Bunu Qaynarinfo-ya açıqlamasında Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bir qrup vətəndaş cəmiyyəti, media nümayəndələri, hüquqşünas və ekspertlərin Yol Polisinin yazdığı cərimələrin ləğv olunması ilə bağlı Baş nazir Əli Əsədova müraciət etdiyi məktubdan danışarkən deyib. Onun sözlərinə görə, sözü gedən qərarlar səlahiyyətli şəxslər tərəfindən çıxarılıb:
"O qərarlar niyə ləvg olunmalıdır? Həmin qərarlar səlahiyyətli şəxslər tərəfindən çıxarılıb. Yaxşı olardı ki, həmin şəxslər ayın 12-nə kimi verilən qərarlara baxsınlar. Görsünlər ki, o inzibati xətalar üzrə qərarları hansı əməkdaşlar çıxarıb. Yəni, həmin qərarların bir çoxu polis sahə rəisləri, polis şöbə rəisləri, rəis müavinləri tərəfindən çıxarılıb. Yol polisi əməkdaşları tərəfindən ayın 13-dək inzibati xətalar məcəlləsinin 211-ci maddəsi üzrə qərar qəbul edilməyib”.
"Bu səlahiyyət aprelin 13-də qüvvəyə mindi. Səlahiyyət Dövlət Yol Polisi əməkdaşlarına verildikdən sonra bizim tərəfdən həmin maddə üzrə qərar qəbul edilib”.
Qeyd edək ki, bir qrup vətəndaş cəmiyyəti, media nümayəndələri, hüquqşünas və ekspertlər Baş nazir Əli Əsədova müraciət edib. Müraciətdə bildirilir ki, Dövlət Yol Polisi (DYP) əməkdaşlarının 13.04.2020-ci il tarixinədək İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci maddəsi üzrə inzibati məsuliyyətə cəlb etmə səlahiyyəti olmayıb. Ona görə də DYP-nin bu tarixə qədər İXM-nin 211-ci maddəsi üzrə tərtib etdiyi bütün inzibati tənbeh verməyə dair qərarları ləğv olunmalıdır.
12:25 / 10 May 2026
123
12:22 / 10 May 2026
30
00:41 / 10 May 2026
299
00:37 / 10 May 2026
2272
00:33 / 10 May 2026
125
00:20 / 10 May 2026
367
00:18 / 10 May 2026
114
00:15 / 10 May 2026
114
00:05 / 10 May 2026
251
23:58 / 09 May 2026
982
23:55 / 09 May 2026
106
23:54 / 09 May 2026
188
23:52 / 09 May 2026
115
23:46 / 09 May 2026
504
23:44 / 09 May 2026
112
23:27 / 09 May 2026
452
23:04 / 09 May 2026
308
22:56 / 09 May 2026
126
22:42 / 09 May 2026
363
22:10 / 09 May 2026
393
21:38 / 09 May 2026
342
21:22 / 09 May 2026
312
21:02 / 09 May 2026
413
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.