Qaynar xətt:

(+99450) 247 90 86

Oqtay Gülalıyev Bakıya gətirilə bilər - AÇIQLAMA

Oqtay Gülalıyev Bakıya gətirilə bilər - AÇIQLAMA

CƏMİYYƏT

699

23.05.2020, 12:14

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Tanınmış hüquq müdafiəçisi Oqtay Gülalıyevdən uzun müddətdir ki, xəbər yoxdur. Sonuncu dəfə onun vəziyyəti ilə bağlı açıqlama fevral ayında ailəsi tərəfindən verilib. Bəs Oqtay Gülalıyevin hazırkı durumu necədir?

Yada salaq ki, 2019-cu ildə oktyabrın 29-u saat 17:20 radələrində paytaxtın Nəsimi rayonu ərazisində - 28 May küçəsi ilə Puşkin küçələrinin kəsişməsində taksi fəaliyyəti ilə məşğul olan sürücü Kənan Abdullayev idarə etdiyi “Hyundai Accent” markalı avtomobillə yolu keçən piyada, hüquq müdafiəçisi Oqtay Gülalıyevi vurub. Nəticədə ağır xəsarət alan hüquq-müdafiəçisinin beyninə qan sızıb. Oktyabrın 30-da “City Hospital”da O.Gülalıyevin üzərində cərrahiyyə əməliyyatı keçirilib.

Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsi ilə bağlı məsələlərin həllini üzərinə götürüb. Fond O.Gülalılyevin müalicəsinə yardım məqsədilə Türkiyədən mütəxəssislər dəvət edib. Fondun təşəbbüsü ilə Türkiyədən gələn mütəxəssislər O.Gülalıyevi Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasında müayinə ediblər. Daha sonra O.Gülalıyev Heydər Əliyev Fondunun ayırdığı xüsusi ambulans təyyarə ilə Türkiyəyə aparılıb və orada müalicəsi davam etdirilir.

Bu ilin fevral ayında ailə üzvlərinin paylaşdıqları son məlumatlara görə, onun səhhətində irəliləyiş müşahidə edilib. Oğlu Təbriz Gülalıyev sosial şəbəkədə bildirib ki, Oqtay Gülalıyevin sonuncu əməliyyatından sonra oyanıqlığı artıb: “Belə ki, tez-tez gözlərini açır və arada əllərini, ayaqlarını tərpədir. İrəliləyişlərin göstəricisinə əsasən, xüsusi qurğu vasitəsilə ayağa qaldırılır. Qaldırıldığı zaman gözlərini açır və səhhətində pis hal baş vermir. Az da olsa kömək vasitəsilə öz ayaqları üzərində dura bilir”.

Xanımı Firuzə Gülalıyeva “Amerikanın Səsi”nə deyib ki, hərəkətlərində irəliləyişlər olmasına baxmayraq, Oqtay Gülalıyev hələ komadan tam ayılmayıb: “Nitqində irəliləyiş yoxdur. Hələ danışmır. Əvvəllər oturdurdular. Amma indi aparatlar vasitəsilə ayaq üstə qaldırırlar. Həkimlər komadan nə vaxt ayılacağı ilə bağlı hələ bir söz demir. Həkimlərin gözləntilərində Oqtayın ayağa qalxması da yox idi”.

Onun indiki vəziyyəti barədə əksər dostları məlumata sahib deyillər. Lakin Oqtay Gülalıyevin durumundan xəbərdar olan professor Adil Qeybulla aşağıdakıları söyləyib: “Məlumatlı adam kimi deyirəm ki, hələ Oqtay Gülalıyev komadadır, ayılma yoxdur. Hesab edirəm ki, onun Azərbaycana qaytarılması, müalicənin burada aparılması daha məqsədəuyğundur. Oqtay Gülalıyevin komadan ayılması məsələsinə gəlincə isə, deyim ki, ümumiyyətlə, komadan ayılma şansı hər zaman var. Lakin bir məsələ var ki, koma dövrü uzandıqca ayılma şansı da aşağı düşür. Ən əsas şeylərdən biri də beyinin hansı itkilərlə komadan ayılacağı məsələsidir. Biz arzu edirik ki, beyin maksimum az itkilərlə ayılsın. Ancaq nəticəni birmənalı proqnozlaşdırmaq da çətindir. Travma beyinin sol yarımkürəsində olub. Həmin hissədə isə nitq, yazı mərkəzi və sairə var. Ona görə də hələ biz bilmirik ki, beyin hansı imkanlarını saxlamaqla özünə gələcək. Bunun üçün zaman lazımdır”.

 

Gürcüstan komandanı Azərbaycan xüsusi təyinatlılarının məşğələsini izləyib - VİDEO

18:50 / 18 Noyabr 2026

HƏRBİ HƏRBİ

Gürcüstan komandanı Azərbaycan xüsusi təyinatlılarının məşğələsini izləyib - VİDEO

102

1
Putin Çinə “nüvə çamadanı” ilə getdi - Video 

18:45 / 18 Noyabr 2026

SİYASƏT SİYASƏT

Putin Çinə “nüvə çamadanı” ilə getdi - Video 

120

0
Səfir: Avstriya və Azərbaycan münasibətlərində müsbət dinamikanı qorumaq vacibdir

18:37 / 18 Noyabr 2026

SİYASƏT SİYASƏT

Səfir: Avstriya və Azərbaycan münasibətlərində müsbət dinamikanı qorumaq vacibdir

115

0
Türkiyə fond bazarında böhran: Ərdoğan həbs edilənlərin sayını açıqladı

18:33 / 18 Noyabr 2026

SİYASƏT SİYASƏT

Türkiyə fond bazarında böhran: Ərdoğan həbs edilənlərin sayını açıqladı

96

0
Azərbaycan hər gün yarım milyon dollar itirir? — Ekspertdən neftin ucuzlaşması və məzənnə ilə bağlı mühüm XƏBƏRDARLIQ  

18:22 / 18 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Azərbaycan hər gün yarım milyon dollar itirir? — Ekspertdən neftin ucuzlaşması və məzənnə ilə bağlı mühüm XƏBƏRDARLIQ  

111

0
Bu imtahan ləğv olundu - Ödənişlər geri qaytarılacaq

18:17 / 18 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bu imtahan ləğv olundu - Ödənişlər geri qaytarılacaq

127

0
Azərbaycan və Gürcüstan Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılmasını müzakirə edib

18:11 / 18 Noyabr 2026

İQTİSADİYYAT İQTİSADİYYAT

Azərbaycan və Gürcüstan Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılmasını müzakirə edib

118

0
Bu il 6 vəkil Kollegiyadan xaric olunub 

18:05 / 18 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bu il 6 vəkil Kollegiyadan xaric olunub 

107

0
Sülh, təhlükəsizlik və Orta Dəhliz: Aİ-nin Cənubi Qafqaz strategiyası nədən ibarətdir?  

18:00 / 18 Noyabr 2026

SİYASƏT SİYASƏT

Sülh, təhlükəsizlik və Orta Dəhliz: Aİ-nin Cənubi Qafqaz strategiyası nədən ibarətdir?  

104

0
Əli Əsədov Gürcüstan Baş nazirinin müavini ilə görüşüb

17:51 / 18 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Əli Əsədov Gürcüstan Baş nazirinin müavini ilə görüşüb

98

0
Özbəkistanın axtarışa verdiyi şəxs Azərbaycanda saxlanılaraq təhvil verilib

17:49 / 18 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Özbəkistanın axtarışa verdiyi şəxs Azərbaycanda saxlanılaraq təhvil verilib

103

0
Hesablama Palatası: İSF-nin debitor və kreditor borcları artıb 

17:45 / 18 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Hesablama Palatası: İSF-nin debitor və kreditor borcları artıb 

109

0