Qaynar xətt:

(+99450) 247 90 86

Bu ünvanlarda Ramazan yarmarkası  keçirilir

Bu ünvanlarda Ramazan yarmarkası  keçirilir

CƏMİYYƏT

1030

23.05.2020, 11:43

Ramazan bayramı ilə əlaqədər olaraq bu gündən “Kənddən Şəhərə” yarmarkaları fəaliyyətə başlayır.

Oxu24.com xəbər verir ki, yarmarka 23-24 may tarixlərində 3 ünvanda təşkil edilib.

- Yasamal rayonu, Hüseyn Cavid pr. ilə Seyfəddin Dağlı küçəsinin kəsişməsi. 225 saylı orta məktəbin qarşısı. Space TV-nin yanı.⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣

- Binəqədi rayonu, Süleyman Sani Axundov 5B (İnqilab kinoteatrının yanı)⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣

- Nərimanov rayonu, Gənclik metrosunun yanı.⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣⁣

Pandemiya təhlükəsinin minimuma endirilməsi səbəbilə "Kənddən Şəhərə" Ramazan yarmarkalarımızın keçiriləcəyi məkanlarda karantin qaydalarına uyğun olaraq təmizlik dezinfeksiya işləri aparılıb.⁣⁣⁣⁣⁣⁣⁣⁣