İlham Əliyev Zəngilan şəhərində sakinlərlə görüşüb, "Zangilan City Park Hotel"in təməlini qoyub
10 May 2026, 12:22
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1508
23.05.2020, 11:20
Azərbaycanda COVİD-19 pandemiyasının ikinci dalğası başlayıb?
Oxu24.com xəbər verir ki, bu suala REACT-C19 layihəsinin tətbiqi və ilkin nəticələri ilə bağlı keçirilən mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı cavab verib.
O, karantin rejimi yumuşaldıqdan sonra yoluxanların sayının artmasını ondan öncə tətbiq edilən qaydaların işə yaradığının sübutu adlandırıb:
"İkinci dalğadan qorxmamaq lazımdır. Çünki nə qədər çox dalğa olarsa, əslində pandemiyanın qarşısını o qədər çox almış olarıq. Tək və böyük dalğa insanları daha çox narahat edəcək, əhali üçün də problem yaradacaq, səhiyyə sisteminin üstünə çox böyük bir yük düşmüş olacaq. Biz hazıra tək böyük dalğadan qorunuruq. Karantin rejimi yumşaldıqdan sonra, indiyə qədər yoluxanlarının sayının artması bu tədbirlərin əslində effekt verdiyini və yumşaldıldıqdan sonra rəqəmlərin artmağa başladığını bizə göstərir".
ÜST-ün ölkəmizdəki nümayəndəliyinin rəhbəri Azərbaycanda koronavirusun ikinci dalğasının yaşandığını təkzib etməyib:
"İkinci dalğanın olub olmadığını ancaq zamanla geriyə dönüb baxaraq anlaya bilərik - Bu yeni bir dalğadırmı, ikinci bir dalğadırmı?! Birincidən böyükdürmü? İndiyə qədər yoluxma sayında bir artım var. Bu, ikinci dalğa da ola bilər, üçüncü dalğa da. Biz indi düzgün müalicə üsullarını və peyvəndi gözləyərkən yeni normalara uyğunlaşmağımız lazımdır. Yeni normaya insanların ən azı bir-birindən bir metr aralı dayanması, olduğumuz məkanın havalandırılmasına riayət edilməsi, maskalar, əlcəklərdən istifadə daxildir. Bunlar bizim düzgün müalicə üsullarını və peyvəndi gözləyərkən ən azından bu ilin axırına qədər yeni qaydalarımız olacaq".
12:25 / 10 May 2026
123
12:22 / 10 May 2026
30
00:41 / 10 May 2026
299
00:37 / 10 May 2026
2272
00:33 / 10 May 2026
125
00:20 / 10 May 2026
367
00:18 / 10 May 2026
114
00:15 / 10 May 2026
114
00:05 / 10 May 2026
251
23:58 / 09 May 2026
982
23:55 / 09 May 2026
106
23:54 / 09 May 2026
188
23:52 / 09 May 2026
115
23:46 / 09 May 2026
504
23:44 / 09 May 2026
112
23:27 / 09 May 2026
452
23:04 / 09 May 2026
308
22:56 / 09 May 2026
126
22:42 / 09 May 2026
363
22:10 / 09 May 2026
393
21:38 / 09 May 2026
342
21:22 / 09 May 2026
312
21:02 / 09 May 2026
413
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.