İcra başçısı əkdiyi düyüdən aş qonaqlığı verir -VİDEO
23 Oktyabr 2026, 11:43
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1008
05.05.2020, 13:28
“2013-cü ildə İmişlidə inşaat işləri aparmış Omis şirkətinin sahibi Osman İsayev mənə İmişlinin icra başçısı Vilyam Hacıyevin əməlləri ilə bağlı şikayət etmişdi. Kiçik araşdırma aparıb müəyyən etdim ki, dahi Şekspirin İmişlidəki adaşı sahibkarlara 700 min manata yaxın vəsait atıb. Devalvasiyadan öncəki hadisələrdən nəql edirəm - 1 milyon dollardan artıq vəsaitdən söhbət gedirdi!”
Oxu24.com -un xəbərinə görə, bunu jurnalist Eynulla Fətullayev deyib.
Jurnalist qeyd edib ki, sahibkarlar öz şəxsi vəsaitləri hesabına rayonda abadlıq işlərini aparıblar: “Vilyam müəllim də bu işlərə ayrılmış büdcə vəsaitlərini yumşaq desək çırpışdırmışdı. Sonradan Vilyamın oğlunun “Bentley”sini də tapdıq... İndi deyir ki, yataqxanada kirayədə qalır. Rusların gözəl sözü var: “Həyasızlıq - ikinci xəşbəxtlikdir”.
Qeyd: Xaricdə yaşayan bloqer Həbib Müntəzir İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin sərvətinin siyahısını yayıb. İmişli Rayon İcra Hakimiyyətindən isə Vilyam Hacıyev barəsində yayılan məlumatın həqiqətə uyğun olmadığı bildirilib: "Vilyam Hacıyevin mülk və digər adları çəkilən ölkələrdə heç bir biznesi və əmlakı yoxdur. Hətta o, İmişlidə şəkər zavodunda ailələr üçün tikilmiş yataqxanada, ailəsi ilə birlikdə aylıq 124 manat kirayə haqqı ödəməklə yaşayır. Həbib Müntəzirdən bu sadaladıqlarını faktlarla göstərməsini tələb edirik, əks halda onun haqqında hüquq-mühafizə orqanlarına və məhkəməyə kəskin şikayətimizi bildirəcəyik".
Sonra onun qiyməti 4 min manat olan kəmər taxdığı məlum olub.
21:32 / 26 Oktyabr 2026
5
21:30 / 26 Oktyabr 2026
1
21:05 / 26 Oktyabr 2026
377
21:02 / 26 Oktyabr 2026
59
20:56 / 26 Oktyabr 2026
60
20:30 / 26 Oktyabr 2026
69
20:26 / 26 Oktyabr 2026
69
20:17 / 26 Oktyabr 2026
70
20:07 / 26 Oktyabr 2026
88
19:57 / 26 Oktyabr 2026
63
19:43 / 26 Oktyabr 2026
88
19:17 / 26 Oktyabr 2026
75
19:00 / 26 Oktyabr 2026
76
18:47 / 26 Oktyabr 2026
87
18:36 / 26 Oktyabr 2026
104
18:20 / 26 Oktyabr 2026
87
18:10 / 26 Oktyabr 2026
84
17:45 / 26 Oktyabr 2026
184
17:01 / 26 Oktyabr 2026
123
17:00 / 26 Oktyabr 2026
380
16:58 / 26 Oktyabr 2026
84
16:46 / 26 Oktyabr 2026
93
16:42 / 26 Oktyabr 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.