DTX əməliyyat keçirib:Həbs olunan BALAYEV KİMDİR?
26 Oktyabr 2026, 14:06
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
1196
05.05.2020, 00:22
Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Şabran rayonu ərazisində sərxoş halda yol nəqliyyat hadisəsi törədərək 3 şəxsin ölümünə səbəb olan sürücü cinayət məsuliyyətinə cəlb edilib.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Oxu24.com-a verilən məlumata görə, aprelin 10-da saat 21 radələrində 1984-cü il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin 263.1 və 263.2-ci maddələri ilə məhkum olunmuş Bəxtiyar Şahverdiyevin sərxoş halda idarə etdiyi KİA markalı 10-BX-090 dövlət qeydiyyat nişanlı avtomobillə Şabran rayonu ərazisində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq sərnişinlər - Elnur Babayev, Cəlal Babayev və Vüsal Zəkiyevin vəfat etmələrinə, İsmayıl Zəkiyev və Ramin Əzməmmədovun isə müxtəlif dərəcəli bədən xəsarətləri almalarına səbəb olması faktı üzrə Şabran Rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 263-1.4-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
B.Şahverdiyevə Cinayət Məcəlləsinin həmin maddəsi ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, qəza törədən avtomobilin sürücüsü Bəxtiyar Xanoğlan oğlu Şahverdiyev Şabran Rayon İcra Hakimiyyətinin keçmiş başçısı (1995-2007) Sündüz Babayevanın bacısı oğludur. Bu törətdiyi hadisə Bəxtiyar Şahverdiyevin sayca dördüncü ağır yol-nəqliyyat hadisəsidir.
20:30 / 26 Oktyabr 2026
5
20:26 / 26 Oktyabr 2026
22
20:17 / 26 Oktyabr 2026
22
20:07 / 26 Oktyabr 2026
58
19:57 / 26 Oktyabr 2026
46
19:43 / 26 Oktyabr 2026
70
19:17 / 26 Oktyabr 2026
65
19:00 / 26 Oktyabr 2026
69
18:47 / 26 Oktyabr 2026
79
18:36 / 26 Oktyabr 2026
92
18:20 / 26 Oktyabr 2026
85
18:10 / 26 Oktyabr 2026
80
17:45 / 26 Oktyabr 2026
165
17:01 / 26 Oktyabr 2026
116
17:00 / 26 Oktyabr 2026
334
16:58 / 26 Oktyabr 2026
83
16:46 / 26 Oktyabr 2026
91
16:42 / 26 Oktyabr 2026
78
16:30 / 26 Oktyabr 2026
114
16:17 / 26 Oktyabr 2026
115
16:08 / 26 Oktyabr 2026
296
15:57 / 26 Oktyabr 2026
102
15:50 / 26 Oktyabr 2026
338
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.