Bu ərazidə qaz olmayacaq
26 Oktyabr 2026, 20:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1433
02.05.2020, 22:52
Təhsil Nazirliyi virtual dərslər üçün müəllimlər, şagirdlər, məktəb direktorları, müavinləri və sinif rəhbərləri, eyni zamanda Rayon Təhsil Şöbələri üçün tövsiyələr hazırlayıb.
Pravda.az-ın xəbərinə görə, tövsiyələrdə deyilir ki, 11 mart tarixindən “Mədəniyyət” kanalında yayımlanan teledərslər mövcud vəziyyətlə əlaqədar buraxılmış dərslərin kompensiyasına hesablanıb.
Teledərslərdə tədris olunan mövzular cari dövr üçün tədris planına uyğundur. Aprel ayından etibarən virtual.edu.az portalında qeydiyyatdan keçmiş şagirdlər teledərslərdə əhatə olunmuş fənlərə uyğun mövzular üzrə tapşırıqlar yerinə yetirməklə öyrəndiklərini yoxlamaq imkanı əldə edib.
Tövsiyələrdə qeyd edilib ki, virtual dərslə teledərs arasında əlaqəni təmin etmək vacibdir. Bildirilib ki, Azərbaycan bölməsinin teledərs cədvəlindəki İngilis dili, Azərbaycan tarixi, Musiqi və Təsviri incəsənət dərslərini rus bölməsində təhsil alan şagirdlərin də izləməsi uyğun sayılır. Bu yolla həmin şagirdlər həm eyni məzmunu öyrənər, həm də Azərbaycan dili daha dərindən mənimsəyərlər.
Nazirlik müəllimlərin diqqət etməsi vacib olan vacib məqamları da açıqlayıb. Qeyd edilib ki, virtual dərslərdə lüzumsuz təkrara yol verməmək üçün tədris ediləcək mövzu üzrə teledərs əvvəlcədən izlənməlidir. Bu dərslərin şagirdlər tərəfindən izlənilməsi təmin edilməlidir. Bildirilib ki, müəllim teledərsdə izahı verilmiş mövzunu genişləndirə, dərinləşdirə bilər. Teledərsdə verilən tapşırıqların şagirdlər tərəfindən necə yerinə yetirildiyinə diqqət edilməli, hər həftənin sonunda onların virtual.edu.az portalında yerləşdirilmiş qapalı tipli sualların cavablandırılmasına təşviq etməlidilər. Müəllimlərə eledərsdə tədris olunan proqramdan uzaqlaşmamaq tövsiyə edilib.
Müəllimlərə tövsiyə edilib ki, virtual.edu.az portalının imkanlarından istifadə etməklə dərsi daha səmərəli etməyə çalışmaq, tətbiq edilən üsulların öyrənməni asanlaşdırmağa və dərinləşdirməyə xidmət edilməli, faydasız effektlərə vaxt və enerji sərf edilməməlidir.
Həmçinin müəllimlərə şagirdlərə əlavə tapşırıqlar verməyə aludə olmamaq tövsiyə edilib. Bildirilib ki, hər bir fənn üzrə həftəlik saatların minimal və maksimal normalarına diqqət yetirilməli, teledərslərin yayım vaxtı ilə virtual dərs üst-üstə düşməməlidir. Bir dərs üçün 30 dəqiqənin nəzərdə tutulması tövsiyə edilib. Qeyd edilib ki, bu müddət dolğun qarşılıqlı əlaqə üçün kifayət etməyə bilər, lakin unutmamaq lazımdır ki, kompüter qarşısında daha çox vaxt keçirmək şagirdlərin sağlamlığına ziyandır.
Müəllimlərə bildirilib ki, şagirdlərə müstəqil öyrənmə bacarıqları formalaşdırmağa xidmət edən tapşırıq və təlimatlar verilməlidir. Qeyd edilib ki, müəllimlər şagirdlərinə öyrənmənin yalnız akademik biliklərlə məhdudlaşdırmadığını, müşahidə, söhbət, faktların toplanması və təhlili, səbəb-nəticə əlaqələrinin araşdırılması, sosial məsuliyyət aksiyalarında iştirakın güclü öyrənmə mənbəyi olduğunu vurğulamalıdır. Şagirdlərin dərsdənkənar fəaliyyətlərinə müvafiq istiqamət vermək, ədəbiyyat siyahısı, kino və cizgi filmləri, musiqi, virtual muzey salonları və s. barədə məlumat verilməli, “Dərsdən sonra” proqramına baxmağa dəvət edilməlidir.
Tövsiyələrdə şagirdlərin diqqət edilməli olan məqamlar da açıqlanıb. Bildirilib ki, şagirdlər teledərs cədvəli ilə tanış olmalı və sinfinə uyğun dərslərə baxmalı; teledərsi izləyərkən yaranan sualları qeyd etməli; təklif edilən tapşırıqları yerinə yetirməli; yerinə yetirilən tapşırıqların bir gün sonra yenidən nəzərdən keçililməli və yaranan sualların böyüklərlə, sinif yoldaşları, müəllimlərlə müzakirə edilməli; əvvəlcədən virtual dərslərin cədvəli ilə tanış olmalı və dərslərdə iştirak etməli; virtual.edu.az portalında müvafiq fənlər üzrə tapşırıqlar yerinə yetirilməli, portalda təklif olunan müxtəlif müsabiqələrdə fəal iştirak etməlidir.
Tövsiyələrdə məktəb direktorları, müavinlər və sinif rəhbərlərinin diqqət etməli olduğu məqamlar da açıqlanıb. Onlara müəllim və şagirdlər üçün qeyd edilən məsələlərin icra vəziyyəti ilə tanış olmaq; yaranan problemlərin həllinə imkan daxildə kömək etmək; hər bir sinif üçün virtual dərs cədvəli hazırlamaq və dərslərin keçirilməsinə nəzarət etmək; hər hansı sinifdə müəllimlərin qeydiyyatdan keçməsi mümkün olmadığı zaman həmin sinifdəki şagirdlərin digər müəllimlərin dərslərində iştirakını təmin etmək, hər hansı problem yarandıqda bunu üst quruma çatdırmaq, daha çox şagird və müəllimin sistemdən qeydiyyatdan keçməsini və öyrənməsini təşviq etmək tapşırılıb.
Rayon Təhsil Şöbələrinin diqqət etməsi lazım olan məqamlarda isə məsul olunan rayon (şəhər) üzrə məktəb direktorlarının işinə daim nəzarət edilməli və gündəlik vəziyyətlə əlaqədar şifahi sorğu keçirilməli; daha çox məktəbin portalda qeydiyyatdan keçməsi təşviq edilməli və hər hansı problem yaranarsa, üst quruma çatdırmaq tövsiyə edilib
20:30 / 26 Oktyabr 2026
26
20:26 / 26 Oktyabr 2026
33
20:17 / 26 Oktyabr 2026
32
20:07 / 26 Oktyabr 2026
67
19:57 / 26 Oktyabr 2026
51
19:43 / 26 Oktyabr 2026
74
19:17 / 26 Oktyabr 2026
67
19:00 / 26 Oktyabr 2026
70
18:47 / 26 Oktyabr 2026
82
18:36 / 26 Oktyabr 2026
96
18:20 / 26 Oktyabr 2026
86
18:10 / 26 Oktyabr 2026
80
17:45 / 26 Oktyabr 2026
167
17:01 / 26 Oktyabr 2026
118
17:00 / 26 Oktyabr 2026
356
16:58 / 26 Oktyabr 2026
83
16:46 / 26 Oktyabr 2026
92
16:42 / 26 Oktyabr 2026
78
16:30 / 26 Oktyabr 2026
115
16:17 / 26 Oktyabr 2026
115
16:08 / 26 Oktyabr 2026
302
15:57 / 26 Oktyabr 2026
102
15:50 / 26 Oktyabr 2026
339
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.