Hakim qardaşının törətdiyi cinayətə görə məsuliyyət daşımalıdırmı?
26 Oktyabr 2026, 19:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
883
02.05.2020, 20:09
İctimai nəqliyyatda pandemiya dövründə işçilərin və sərnişinlərin daşınma qaydası ilə bağlı təlimatlar hazırlanıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, sənəd ictimai nəqliyyat işçilərinin və sərnişinlərin sağlamlığının qorunması məqsədiilə koronavirus (COVID-19) infeksiyasının hazırda olan elmi araşdırma faktlarına əsaslanaraq tərtib olunub.
Mövcud olan məlumatlara əsasən COVID-19 infeksiyası insanlar arasında birbaşa hava-damcı yolu ilə və ya dolayı yolla kontaminasiya olunmuş səthlərə toxunduqdan sonraəlləri ağız boşluğu, gözlərə, buruna və s. toxunduqda ötürülür. Ona görə də ictimai yerlərdəortaq istifadə edilən səthlərin mütəmadi təmizlənməsi və dezinfeksiya edilməsi xəstəliyəyoluxma riskini azaldır. Bu səbəbdən sərnişindaşımanın fasiləsizliyinin təmini uçun vəzifələrin paylanması və onların həyata keçirilməsi üçün iş yerində və evdən işləmə üçün müvafiq şəraitin yaradılmasıolduqca vacibdir.
Eyni zamanda, işçi heyətin nəzərinə şəxsi gigiyena tədbirləri haqqında məlumat çatdırılmalı, işəgötürən tərəfindən işçilər qoruyucu vasitələr və dezinfeksiyaedici ləvazimatlarla(70%-li spirt tərkibli gel və ya məhlul) mütəmadi təmin edilməlidir.
İnfeksiyanın yayılmasının profilaktikasına dair məlumatların və maarifləndirici materialların elektron tablolar, nəqliyyat vasitələrində quraşdırılmış planşetlər vasitəsilə sərnişinlərə çatdırılması təmin edilməli, dayanacaqlarda, yeraltı nəqliyyatın platformalarında və nəqliyyat vasitələrində nəqliyyatdan mümkün qədər az istifadə edib piyada getməyi təşviq edən plakatlar və videomonitorlarda maarifləndirici təşviqat materialları yerləşdirilməli, bilet kassalarının, ödəməterminallarının qarşısında, nəqliyyat vasitəsini gözləyərkən və yola düşdükdə/metro stansiyalarına daxil olduqda tibbi maska taxmaları tələb olunmalı və məsafə saxlamaları üçün nəqliyyat vasitələrinin gözləmə məntəqələrində - yerdə/platformalarda və s. müvafiq işarələnmə aparılmalıdır.
Sərnişinlərlə sürücünün fiziki təmasının istisna edilməsi üçün nəqliyyat vasitələrində kabina olmadıqda onların arasında şəffaf arakəsmələr quraşdırılmalıdır. Şəhərdaxili taksilərdən istifadəedən müştərilər yalnız arxa oturacaqlarda otura bilər. Taksi sürücüsü iləarxadakı oturacaqların arası şəffaf, hava keçirməyən arakəsmələrləayrılmalıdır.
Bütün ictimai nəqliyyat vasitələrinin, o cümlədən taksilərin içərisinin havası vaxtaşırıdəyişdirilməli, fasilələr zamanı dezinfeksiya işləri aparılmalı, sürücülər bir yerə yığışmamalı və öz aralarında sosial məsafənin saxlanılması tapşırılmalıdır. Sürücülər arasında təmaslar minimuma endirilməlidir.
Təmizlik-dezinfeksiya işləri növbəyə çıxdıqda və sonda tam olaraq,
hər iki saatdan bir sərnişinlərin tez-tez toxunduğu səthlərdə icra olunmalıdır.
Dezinfeksiya edilməsi vacib olan sahələrə gəlincə, bura giriş-çıxışlardakı ayaqaltlıqlar (xlor tərkibli məhlul və ya digər), qapı və qapı tutacaqları (spirt tərkibli məhlul və yadigər), tutacaqlar (spirt tərkibli məhlul və ya digər), döşəmələr/platformalar (xlor tərkibli məhlul və ya digər), ödəniş terminalları (spirt tərkibli məhlul və ya digər), eskalatorlar və onların tutacaqları (spirt tərkibli məhlul və ya digər) və ictimai nəqliyyatın pəncərələri (spirt tərkibli məhlul və ya digər) aiddir.
19:43 / 26 Oktyabr 2026
6
19:17 / 26 Oktyabr 2026
33
19:00 / 26 Oktyabr 2026
52
18:47 / 26 Oktyabr 2026
67
18:36 / 26 Oktyabr 2026
74
18:20 / 26 Oktyabr 2026
80
18:10 / 26 Oktyabr 2026
73
17:45 / 26 Oktyabr 2026
150
17:01 / 26 Oktyabr 2026
107
17:00 / 26 Oktyabr 2026
307
16:58 / 26 Oktyabr 2026
77
16:46 / 26 Oktyabr 2026
88
16:42 / 26 Oktyabr 2026
76
16:30 / 26 Oktyabr 2026
107
16:17 / 26 Oktyabr 2026
111
16:08 / 26 Oktyabr 2026
262
15:57 / 26 Oktyabr 2026
97
15:50 / 26 Oktyabr 2026
316
15:48 / 26 Oktyabr 2026
159
15:44 / 26 Oktyabr 2026
217
15:41 / 26 Oktyabr 2026
101
15:37 / 26 Oktyabr 2026
79
15:34 / 26 Oktyabr 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.