Nazirlər Kabineti məktəblərlə bağlı yeni QƏRAR VERDİ
26 Oktyabr 2026, 21:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
661
01.05.2020, 20:43
Bu şəxslərə güzəşt olacaq — Açıqlama
Pandemiyadan zərərçəkən vergi ödəyicilərinə İqtisadiyyat nazirinin rəhbərliyi ilə yaradılan işçi qrupunun hazırladığı təkliflər əsasında bir sıra güzəştlər və dəstək tədbirləri tətbiq edilir. Maliyyə dəstəyi və güzəştlərin məhz qanuni fəaliyyət göstərən şəxsləri əhatə etməsi bir daha göstərdi ki, dövlət şəffaf fəaliyyət göstərən sahibkarların yanındadır və onların pandemiya nəticəsində zərərlərini minimallaşdırmaq üçün mümkün vasitələrdən istifadə edir.
Dövlət Vergi Xidmətinin İqtisadi Təhlil və uçota nəzarət baş idarəsinin şöbə rəisi Zaur Seyidov bildirir ki, 24 min vergi ödəyicisi üzrə 240 min muzdlu işçinin əməkhaqqlarının ödənməsi üzrə quruma müraciət daxil olub. Araşdırmalardan sonra bu müraciətlərin əksəriyyəti təmin edilib.
Zaur Seyidov bildirir ki, vergi ödəyicilərinin sosial yükünün azaldılması üçün Vergi məcəlləsi və sosial sığorta haqqında qanuna dəyişikliklərin edilməsi ilə bağlı təkliflər hazırlanaraq aidiyyati üzrə təqdim edilib. Bu təkliflərdə bir sıra yeni güzəştlər nəzərdə tutulur.
Zaur Seyidov onu da bildirir ki, layihədə ərzaq məhsulların idxalı və dezinfeksiyaya çəkilən xərclərin vergidən azad edilməsi məsələsi də yer alır. Təkliflərdə muzdlu işə aid olmayan gəlir əldə edən və ticarət, tikinti fəaliyyəti ilə məşğul olanların indiyədək minimum əməkhaqqının 50 faizi həcmində ödədiyi vəsait 25 faizə, eləcə də digər sahələrdə fəaliyyət göstərən fərdi sahibkarlarda isə 25 faizlik ödənişin 15 faizə endirilməsi əksini tapıb. Bundan başqa şəffaflaşma prosesi vergi proqnozlarının da 100 faizdən yuxarı həcmdə icrası ilə nəticələnib ki, bu da dövlət büdcəsinin gəlirlərinin artmasında, növbəti mərhələdə isə sosial xərclərə ayrılan vəsaitlərin artırılmasında önəmli rol oynayır. Aprel ayı ərzində əmək müqavilələrinin sayında isə 76 min artım müşahidə olunub. Bunun 10 mini dövlət sektoru, 66 mini isə özəl sektorun payına düşür.
21:32 / 26 Oktyabr 2026
5
21:30 / 26 Oktyabr 2026
1
21:05 / 26 Oktyabr 2026
377
21:02 / 26 Oktyabr 2026
59
20:56 / 26 Oktyabr 2026
60
20:30 / 26 Oktyabr 2026
69
20:26 / 26 Oktyabr 2026
69
20:17 / 26 Oktyabr 2026
70
20:07 / 26 Oktyabr 2026
88
19:57 / 26 Oktyabr 2026
63
19:43 / 26 Oktyabr 2026
88
19:17 / 26 Oktyabr 2026
75
19:00 / 26 Oktyabr 2026
76
18:47 / 26 Oktyabr 2026
87
18:36 / 26 Oktyabr 2026
104
18:20 / 26 Oktyabr 2026
87
18:10 / 26 Oktyabr 2026
84
17:45 / 26 Oktyabr 2026
184
17:01 / 26 Oktyabr 2026
123
17:00 / 26 Oktyabr 2026
380
16:58 / 26 Oktyabr 2026
84
16:46 / 26 Oktyabr 2026
93
16:42 / 26 Oktyabr 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.