Qaynar xətt:

(+99450) 247 90 86

Gəncə və Lənkəran koronavirusla bağlı narıncı zona elan edilib

Gəncə və Lənkəran koronavirusla bağlı narıncı zona elan edilib

TİBB

907

01.05.2020, 20:39

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol


Gəncə və Lənkəran koronavirusla bağlı narıncı zona elan edilib

"Hazırda Azərbaycanda yalnız sarı və narıncı rənglərə uyğun epidemioloji vəziyyət mövcuddur".

Ens.az Report.az-a istinadən xəbər verir ki,bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, son günlər Gəncə və Lənkəranda aktiv yoluxma hallarında 2 dəfə artım qeydə alınıb: "Bu şəhərlər Bakı, Abşeron, Sumqayıt kimi narıncı zona elan edilib".

R.Bayramlı vurğulayıb ki, epidemioloji vəziyyət tədricən yaxşılaşdıqca və yoluxma halları sıfra endiyi halda, bütün məhdudiyyətlər aradan qaldırılacaq: "Yoluxma sürəti gündəlik əsasda təsdiq edilən yoluxma hallarının sayı ilə müəyyən edilir".