Azərbaycanda ZƏLZƏLƏ OLDU
19 Noyabr 2026, 10:32
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
754
01.05.2020, 20:25
Səfa Mirzəyev yenidən Milli Məclis Aparatının rəhbəri təyin olunub.
Bununla bağlı Milli Məclisin Sədri Sahibə Qafarova sərəncam imzalayıb.
Qeyd edək ki, S.Mirzəyev 1952-ci il mayın 12-də Bakı şəhərində qulluqçu ailəsində anadan olub.
Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Hüquq üzrə fəlsəfə doktoru, dosentdir. Bir çox elmi əsərlərin müəllifidir. Birinci dərəcə dövlət müşaviri, əməkdar dövlət qulluqçusudur.
MDB Parlamentlərarası Assambleyasının “Birlik” ordeni və Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif edilib. Rus və ingilis dillərini bilir.
1978-ci ildə Azərbaycan Dövlət Universitetinin Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müəllimi kimi pedaqoji fəaliyyətə başlamış, 1983–1985-ci illərdə həmin kafedranın baş müəllimi olmuşdur. 1985-ci ildə universitetin Hüquq fakültəsinin dekan müavini təyin edilib. 1983-cü ildə gənc alim və mütəxəssislərin Ümumittifaq müsabiqəsinin qalibi olub.
1990-cı ilin aprel ayında SSRİ Ali Soveti tərəfindən SSRİ Konstitusiya Nəzarəti Komitəsinin üzvü seçilib, 2 ilə yaxın həmin vəzifədə çalışıb.
1992-ci ilin yanvar ayında Azərbaycana qayıtmış, Azərbaycan Respublikası Ali Soveti Katibliyinin Hüquqi təminat və nəzarət şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 1993–1996-cı illərdə Azərbaycan Respublikası Ali Soveti Katibliyinin Baş katibi vəzifəsində çalışıb. 1996-cı ildən Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəridir.
1995-ci ildə Azərbaycan Respublikasının yeni Konstitusiyasının layihəsini hazırlayan komissiyanın üzvü olmuş, müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanmasında fəal iştirak edib.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Evlidir, 2 övladı var. /
10:32 / 19 Noyabr 2026
137
10:21 / 19 Noyabr 2026
121
10:19 / 19 Noyabr 2026
154
10:11 / 19 Noyabr 2026
70
10:07 / 19 Noyabr 2026
72
09:58 / 19 Noyabr 2026
386
09:56 / 19 Noyabr 2026
89
09:48 / 19 Noyabr 2026
106
09:45 / 19 Noyabr 2026
87
09:41 / 19 Noyabr 2026
92
09:37 / 19 Noyabr 2026
93
09:30 / 19 Noyabr 2026
87
09:27 / 19 Noyabr 2026
99
09:14 / 19 Noyabr 2026
181
09:13 / 19 Noyabr 2026
96
09:12 / 19 Noyabr 2026
94
09:10 / 19 Noyabr 2026
250
00:22 / 19 Noyabr 2026
429
23:10 / 18 Noyabr 2026
214
22:45 / 18 Noyabr 2026
187
22:40 / 18 Noyabr 2026
163
22:25 / 18 Noyabr 2026
193
22:25 / 18 Noyabr 2026
205
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.