Nazirlər Kabinetdən maaşlarla bağlı QƏRAR
26 Oktyabr 2026, 22:34
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
656
01.05.2020, 20:18
Azərbaycan soyadlarının milli identifikasiya məsələsi dəfələrlə müzakirə müstəvisinə çıxarılsa və soyadlarımızın imperiya əsarətindən xilas olması məqsədilə bir sıra addımlar atılsa da, “ov”, “yev” sonluqlarından xilas olanların sayı xeyli azdır. Statistikaya görə, bu günə kimi azərbaycanlıların 80%-ə qədəri -ov, -yev soyad sonluqlarını daşımaqdadır. Əhalinin 10%-i milli şəkilçi olan -lı, 10%-i isə -zadə sonluğunu qəbul edib (bu əsasən yeni doğulan uşaqlara verilən soyadlar hesabına artıb).
Tacikistan artıq soyadların sonuna zorla yapışdırılmış “ov”, “yev” və bu tipli şəkilçilərdən rəsmən imtina edir. Ölkə rəsmiləri ruslardan qalma bu ənənəyə son vermək qərarına gəlib.
Publika.az məsələ ilə bağlı ictimai xadimlərin fikirlərini öyrənib.
Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı hesab edir ki, bu nümunə Azərbaycanda da tətbiq olunmalıdır:
“Tacikistanın qəbul etdiyi qərar çox mühüm qərardır, yəqin ki, bizdə də yaxın gələcəkdə belə bir qərar veriləcək. Çünki yeni doğulan uşaqların çoxuna “ov” və “yev” sonluqları qoyulmur, vətəndaşın seçmək hüququ var. Bu sonluqların qalıb-qalmamasını özü müəyyənləşdirir. Bizdə də zaman-zaman gündəmə gətirirlər. İctimai müzakirələrdə, ziyalılar və parlament üzvləri arasında soyad sonluqları ilə bağlı fikir ayrılıqları bu gün də davam edir. Hesab edirəm ki, Azərbaycan müstəqilliyini qazandıqdan sonra bunu etmək lazım idi. İnanıram ki, bu günlərdə problem həll olunacaq.
Bu sonluqlar bizə ruslardan qalıb. Onların təsiri altına düşdükdən sonra Azərbaycanda soyad sonluqları dəyişdirilməyə başladı, halbuki, gürcü və ermənilər dəyişdirmədi. Soyad sonluqlarına “ov” və “yev” şəkilçilərinin artırılması siyasəti Azərbaycan və Orta Asiya ölkələrinə (Özbəkistan, Qırğızıstan) şamil edildi. Bunu bizə məcburi şəkildə qəbul etdirdilər. Müstəqil dövlətik, biz niyə ruslardan qalan bu ənənəni soyadlarımızda daşımalıyıq? Müstəqil Azərbaycanın özünün müstəqil, lakin ənənələrə söykənən ad, soyad siyasəti, ad və soyad yaradıcılığı olmalıdır. Gəncliyin milli şüurunun və vətənpərvərlik tərbiyəsinin formalaşmasında da bu amilin xüsusi yeri var”.
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu da Tacikistanın addımını dəstəklədiyini qeyd edib:
“Bu qərarın Azərbaycanda da məcburi olmasını çox istərdim. Mühüm məsələdir, milli kimlik və milliləşmə deməkdir. Əgər məcburiyyət olarsa, ölkədə qısa zamanda həll olunacaq”.
22:34 / 26 Oktyabr 2026
78
22:30 / 26 Oktyabr 2026
31
22:11 / 26 Oktyabr 2026
23
22:11 / 26 Oktyabr 2026
34
22:04 / 26 Oktyabr 2026
66
22:02 / 26 Oktyabr 2026
60
21:58 / 26 Oktyabr 2026
57
21:53 / 26 Oktyabr 2026
81
21:44 / 26 Oktyabr 2026
62
21:32 / 26 Oktyabr 2026
64
21:30 / 26 Oktyabr 2026
66
21:05 / 26 Oktyabr 2026
889
21:02 / 26 Oktyabr 2026
77
20:56 / 26 Oktyabr 2026
84
20:30 / 26 Oktyabr 2026
89
20:26 / 26 Oktyabr 2026
83
20:17 / 26 Oktyabr 2026
79
20:07 / 26 Oktyabr 2026
99
19:57 / 26 Oktyabr 2026
72
19:43 / 26 Oktyabr 2026
1
19:43 / 26 Oktyabr 2026
94
19:17 / 26 Oktyabr 2026
78
19:00 / 26 Oktyabr 2026
80
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.