Bu ərazidə qaz olmayacaq
26 Oktyabr 2026, 20:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
689
27.04.2020, 19:15
Bakıda gecə saatları və karantin rejim qaydaları qüvvədə olsa da avtomobil axını adi günlərdəkindən heç də fərqlənmir.
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında maraqlı süjet yayımlanıb.
Artıq iki aya yaxındır ki, eyni sözləri eyni bəhanələri eşdirik. Və hər gün də əhaliyə çağırış olur - Lüzumsuz yerə evdən bayıra çıxmayın. Amma nə fayda, küçələrdə maşın, avtobuslarda sərnişin kifayət qədərdir.
Polis əməkdaşı: "Gediş-gəlişi imkan daxilində sutkanın günüz vaxtlarında istifadə etmək lazımdır".
Şəhərin mərkəzində olduğu kimi şəhər ətrafı ərazilərdə də postlar mövcuddur. Və hər bir postda avtomobil sıxlığı müşahidə edilir. Görünən odur ki, gecə saatlarında yuxunun şirin vaxtlarında küçələrdə insanlar gözə dəyir".
Dəyişməyən bir şey var, polisin nəzarəti və hər gün eyni sözlərin təkrar-takrar işlənməsi.
Pərviz Allahverdiyev - Binəqədi DYP-nin inspektoru: "İcazəsiz evdən çıxan sərnişinlərin əksəriyyəti avtobuslarda olan vətəndaşlardır. Minik maşınlarında artıq sərnişin aparmaq da müşahidə edilir. SMS-lər məlum məsələdir ki, insanlar gündəlik tələbatları üçün verilib. Amma xahiş edirik bunları günün gündüz vaxtları etsinlər".
Aprelin 1-dən 25-dək ölkə üzrə avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 38 min 766 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib. Bundan nəticə çıxaran da var, çıxarmayan da.
20:30 / 26 Oktyabr 2026
26
20:26 / 26 Oktyabr 2026
33
20:17 / 26 Oktyabr 2026
32
20:07 / 26 Oktyabr 2026
67
19:57 / 26 Oktyabr 2026
51
19:43 / 26 Oktyabr 2026
74
19:17 / 26 Oktyabr 2026
67
19:00 / 26 Oktyabr 2026
70
18:47 / 26 Oktyabr 2026
82
18:36 / 26 Oktyabr 2026
96
18:20 / 26 Oktyabr 2026
86
18:10 / 26 Oktyabr 2026
80
17:45 / 26 Oktyabr 2026
167
17:01 / 26 Oktyabr 2026
118
17:00 / 26 Oktyabr 2026
356
16:58 / 26 Oktyabr 2026
83
16:46 / 26 Oktyabr 2026
92
16:42 / 26 Oktyabr 2026
78
16:30 / 26 Oktyabr 2026
115
16:17 / 26 Oktyabr 2026
115
16:08 / 26 Oktyabr 2026
302
15:57 / 26 Oktyabr 2026
102
15:50 / 26 Oktyabr 2026
339
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.