Bu ərazidə qaz olmayacaq
26 Oktyabr 2026, 20:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
661
26.04.2020, 19:23
Müxtəlif hədislərdən belə nəticəyə gəlmək olur ki, iman əhli üçün nazil olan bəlaların əksər hissəsi - günahlarının kəffarəsidir.
Məsumlardan (ə) gələn hədislərə nəzər salaq:
1. İmam Baqir (ə) buyurur: "Əgər Allah Təala bəndəsini günahına görə cəzalandırmaq istəsə, onu xəstə edər. Əgər bu işi görməzsə, yoxsulluğa düçar edər. Əgər onunla bu işi də görməsə, ölümü onun üçün çətin edər ki, onun vasitəsilə günahının əvəzini alsın".
2. İmam Sadiq (ə) buyurur: "O zaman ki, bəndənin günahı çox olar və Allah onu pak etmək istəyər - onu elə qəmə düçar edər ki, günahlarının kəffarəsi olar".
3. Əziz Peyğəmbərimiz (s) buyurur: "Qəm və qüssə davamlı olaraq möminin ardınca olar, o zamana qədər ki, onun üçün günah qoymaz".
4. İmam Sadiq (ə) buyurur: "Həqiqətən mömin dünyada qəmgin olar o zamana qədər ki, dünyadan o halda xaric olar ki, günahı qalmaz".
5. Həzrət Peyğəmbər (s) buyurur: "Allah Təala buyurur ki, elə bəndə yoxdur ki, Mən onu behiştə aparmaq istəyim, məgər o halda ki, onu bəlaya düçar edərəm ki, günahlarının kəffarəsi olar".
6. Əmirəl-möminin (ə) buyurur: "Allah hər kimin dünyada günahının cəzasını verməyə tələsərsə, axirətdə ona cəza verməz".
7. İmam Sadiq (ə) buyurur: "Mömin üçün 40 gecə keçməz, məgər o halda ki, başına iş gələr və onu qəmgin edər ki, təzəkkür almuş olsun".
8. Başqa hədisdə oxuyuruq: "Behiştdə elə məqam vardır ki, heç bir bəndə ona çatmaz, məgər o halda ki, dünyada ona bəla çatar".
9. Həzrət Peyğəmbər (s) buyurur: "Məlundur o bədən ki, zəkatı verilməmiş olsun".
Soruşurlar ki, bədənin zəkatı nədir?
Həzrət (s) buyurur: "Bədənin zəkatı odur ki, ona ziyan dəyər. Misal üçün qaşınar, ayağı daşa ilişər, xəstə olar, tikan batar...".
Bu hədislərdən göründüyü kimi, möminin bu dünyada çəkdiyi bəlaların əksər hissəsi - günahlarının kəffarəsidir. Ona görə də iman əhli başqalarından fərqli olaraq, bu müsibətə səbir edər və Allah yanında sabir məqamına çatar.
20:30 / 26 Oktyabr 2026
26
20:26 / 26 Oktyabr 2026
33
20:17 / 26 Oktyabr 2026
32
20:07 / 26 Oktyabr 2026
67
19:57 / 26 Oktyabr 2026
51
19:43 / 26 Oktyabr 2026
74
19:17 / 26 Oktyabr 2026
67
19:00 / 26 Oktyabr 2026
70
18:47 / 26 Oktyabr 2026
82
18:36 / 26 Oktyabr 2026
96
18:20 / 26 Oktyabr 2026
86
18:10 / 26 Oktyabr 2026
80
17:45 / 26 Oktyabr 2026
167
17:01 / 26 Oktyabr 2026
118
17:00 / 26 Oktyabr 2026
356
16:58 / 26 Oktyabr 2026
83
16:46 / 26 Oktyabr 2026
92
16:42 / 26 Oktyabr 2026
78
16:30 / 26 Oktyabr 2026
115
16:17 / 26 Oktyabr 2026
115
16:08 / 26 Oktyabr 2026
302
15:57 / 26 Oktyabr 2026
102
15:50 / 26 Oktyabr 2026
339
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.