Nazirlər Kabineti məktəblərlə bağlı yeni QƏRAR VERDİ
26 Oktyabr 2026, 21:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
649
25.04.2020, 22:14
Təhsil Nazirliyi müəllimlərin yerdəyişmə, daimiləşmə və MİQ-ə dair məlumat yayıb.
Pravda.az xəbər verir ki, müəllimlərin iş yerinin dəyişdirilməsi elektron qaydada həyata keçirildiyi üçün, cari ildə müsabiqənin keçirilməsinə hər hansı maneə yoxdur. Elan ediləcək tarixlərdə qeydiyyatdan keçən və elektron ərizəsini təsdiq edən namizədlər iş yerini dəyişmək imkanı əldə edə biləcəklər.
Bunda başqa, ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması müsabiqəsinə qeydiyyat başa çatmış, 1400 nəfərə yaxın namizədin elektron ərizəsi təsdiq edilmiş və bununla bağlı digər tədbirlər (elektron ərizələrdəki məlumatların emalı, müsahibə komissiyasının tərkibinin formalaşdırılması və təsdiqi) yekunlaşmışdır. Hazırda müsahibələrin test rejimində onlayn şəkildə təşkili ilə bağlı müzakirələr aparılır.
Bir qayda olaraq yay aylarında keçirilən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin təxirə salınmasına dair hazırda hər hansı bir qərar yoxdur. Müsabiqənin test imtahanı və müsahibə mərhələsinin təşkili ilə bağlı zəruri tədbirlər həyata keçirilir. Ölkədə olan sanitar-epidemioloji vəziyyətdən və bununla bağlı tətbiq ediləcək qaydalardan asılı olaraq müvafiq qərar qəbul ediləcək və bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.
21:44 / 26 Oktyabr 2026
16
21:32 / 26 Oktyabr 2026
27
21:30 / 26 Oktyabr 2026
27
21:05 / 26 Oktyabr 2026
512
21:02 / 26 Oktyabr 2026
65
20:56 / 26 Oktyabr 2026
66
20:30 / 26 Oktyabr 2026
72
20:26 / 26 Oktyabr 2026
71
20:17 / 26 Oktyabr 2026
72
20:07 / 26 Oktyabr 2026
90
19:57 / 26 Oktyabr 2026
65
19:43 / 26 Oktyabr 2026
90
19:17 / 26 Oktyabr 2026
76
19:00 / 26 Oktyabr 2026
78
18:47 / 26 Oktyabr 2026
90
18:36 / 26 Oktyabr 2026
106
18:20 / 26 Oktyabr 2026
87
18:10 / 26 Oktyabr 2026
85
17:45 / 26 Oktyabr 2026
187
17:01 / 26 Oktyabr 2026
124
17:00 / 26 Oktyabr 2026
386
16:58 / 26 Oktyabr 2026
85
16:46 / 26 Oktyabr 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.